Nailə xanımın "Siz necə inandınız ki..." sualı və mənim təəssüfüm
Sona qədər danışmadım, susdum və dinlədim...
/Filoloq/
Bir neçə gün öncə telefonuma zəng gəldi. Açdım, bəstəkar Nailə Mirmmədli idi - hörmət bəslədiyim, amma himnlə bağlı dediyi sözə görə çox incidiyim bir xanım. "Sizinlə görüşə bilərikmi? - əlbəttə - dedim və biz görüşüb çox səmimi söhbət etdik...
Söhbətə başlarkən Nailə xanımın həyacan və ürək döyüntüsü ilə soruşdu - "Siz necə inandınız ki, mən dahi Üzeyir bəyin yazmış olduğu himnlə bağlı pis nəsə deyəm?"
...Sona qədər danışmadım, susdum və dinlədim. Sözün düzü hər kəlməsinə diqqətlə qulaq asırdım ki, xanım nə deyəcək. Çünki müsahibələrimin birində mən də Nailə xanımın "himn bəstələməklə" bağlı fikrini pisləmişdim və bu fikrin kimlərinsə maraqları ilə üst-üstə düşdüyünü vurğulamışdım.
...Nailə xanım danışdıqca yalançı və reytinq yığmaq xatirinə müsahibinin sözünü təhrif edərək özünün istədiyi kimi verən saytların yazdıqlarına inanaraq, bu fikirdə oluduğum üçün içim ağrıyırdı. Bu məsələ ilə bağlı üç gün əsəb keçirmişəm deyəndə - "Niyə məni axtarıb tapmadınız, axı heç vaxt telefon nömrəmi dəyişmirəm" - dedi. Düzü, xanımın haqlı olduğunu fikirləşdim. Biz eşitdiyimiz fikrə reaksiya verdikdə, onun sonuna gedib axtarmırıq bəzən və bu da özümüzə zərər vurur. Qanından, canından vətənpərvərlik axan bu xanımın himn haqqında söylədikləri tam başqa idi. Milli Məclisdə himnin musiqisi və sözləri ilə bağlı müzakirələrdə deputat Tahir Kərimlinin "Azərbaycan himni qısaldılmalıdır" fikrinə saytlar ilk müsahibəni Nailə xanımdan alıblar.
Nailə xanım dahi Üzeyirin himni bəstələmə tarixindən danışıb. Minorda və Bayatı-şiraz üzərində yazıldığını qeyd edib. Əsərin bəstələnmə zamanlarında (1918-ci ilin erməni vəhşilikləri zamanı) - şəhid verilən bir vaxtda - oynaq əhval-ruhiyyəli bir bəstənin mümkün olmayacağını qeyd edib. Eyni zamanda bəstəkar Üzeyir Hacıbəyovun şən əhval ruhiyyəli "Ya Allah" bəstəsinin olduğunu da söyləyib. Təhrif olunmuş yazıların verilməsində isə Nailə xanıma təsir edən uzun illər musiqi ədəbiyyatını təbliğ edən bir pedaqoqun bu fikri necə deyə bilməsidir. Sosial şəbəkələrdə olmayan və hətta özünün də dediyi kimi "bəzən bu da düzgün olmayan olayların yaranmasına səbəb olur".
Amma nə olursa olsun, bu, yolverilməzdir. Bəstələrinin sonunda "Azərbaycan" deyən bir xanımın nəinki himn bəstələmək, hətta bu fikirdən tamamilə uzaq olması fikrini başa düşdükcə, reytinq yaratmaq xatirinə insanların zəif nöqtələrinə təsir edən "jurnalistləri" həmin sözləri təhrif edərək verdikdə öz vicdanlarının səsini dinləməyə çağırıram.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi