TLDP: Azərbaycan xalqının Qarabağ problemi bizim problemimizdir
Azərbaycan-Türkiyə münasibətləri, Dağlıg Qarabağ münaqişəsi, partiyaların ikitərəfli münasibətləri və əməkdaşlıq məsələlərini müzakirə edilib
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkiyə səfərindən qayıdıb. ALDP Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, partiya sədri Türkiyədə Türkiyə Liberal Demokrat Partiyası (TLDP) sədri, QHT rəhbərləri və ölkənin bir sıra siyasətçiləri ilə görüşüb.
TLDP Genel Başkanı Gültekin Tırpancı ilə partiyanın Baş Qərargahında görüşən ALDP sədri Fuad Əliyev Azərbaycan-Türkiyə münasibətləri, Dağlıg Qarabağ münaqişəsi, partiyaların ikitərəfli münasibətləri və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Gültəkin Tırpancı bildirib ki, – “Azərbaycan xalqının Qarabağ problemi bizim problemimizdir”.
Fuad Əliyev öz növbəsində TLDP Genel Başkanı Gültekin Tırpancıya Qarabağ məsələsində öz mövqeyini açıq şəkildə bildirdiyinə, TLDP-nın “Xocalını unutmayaq” kampaniyasını apardığına görə minnətdarlığını bildirib.
Görüş və müzakirələrdən sonra partiya liderləri partiya atributları və hədiyyələri bir-birlərinə təqdim ediblər. Görüşdə TLDP Genel Başqanın müavini Ulaş Okan, TLDP Genel Başkan Yardımçısı Hüseyn Tüzün və TLDP Ankara İl Başkanı Sinan Altınkök iştrak ediblər.
Fuad Əliyev 3 günlük Türkiyə səfərində 5 QHT sədri ilə də görüşərək Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda mövcud problemlərdən söz açıb. ALDP sədri Ermənistanın işğalçılıq siyasətinə, Türkiyənin Avropa Birliyinə üzvlüyü əngəlləyən süni maneələrə qarşı hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib.
Fuad Əliyev Türkiyədə keçirdiyi bütün görüşlərdə Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsinin vacibliyini və bunun üçün birlikdə mübarizə aparmağın önəmliliyini qeyd edib. O, Azərbaycan həqiqətlərinin, ermənilərin işğalçılıq siyasətinin dünyaya çatdırılmasında əməyi olan bütün təşkilatlara minnətdarlığını bildirib.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...