“Qaynar qazan”la bağlı “Sitatın sonu”
Sözün cəng meydanında dar ağacı
İGİD TEYMURLU
Buyur, ƏVƏZ ZEYNALLI, buyur! Səni ETİBAR HÜSEYNOV debata çağırır. Anladığım qədərində "Rəhim Qazıyev-Etibar Hüseynov debatını saxtalaşdırdığına" görə "Sitatın sonu" kimi indi də Etibar Hüseynov Sən Əvəz Zeynallını Sözün Dar Ağacından asmağı planlaşdırır. Haqqını sovuna biləcəksənmi?...
Buyur, Əvəz Zeynallı, qaldır "Qaynar Qazan"ın qapağını, görək qaynadılan nədir belə?
Qaynatdığın nədir belə?
Etibar bəyin iddialarına görə, qaynatdığın yalxı sudan başqa bir şey olmayıb və beləcə oxucularını, izləyicilərini şirin vədlərlə yuxuya veribsənmiş!
Öylə deyilsə, haydı debata!!
Yox əgər dostların kimi sən də Sözün Cəng Meyadına çıxmayacaqsansa, demək ki, doğrudan da qazanda qaynatdıqların yalxı su imiş!
Zamanında “Xural”ın mətbu örüşündə Fəxrəddin Aboszodələr də özlərinə bol məhsul toplamaqla məşğul oldular!
Zamanında “Xural”ın mətbu örüşündə Böyük Azərbaycanı özlərinin “A-Z-Ə-R-B-A-Y-C-A-N” sevgisiylə mədh edənlər də sənin qazanında bişənləri elə sənin qazanının qapağındaca həzmi-rabedən keçirirdilər.
Zamanında “Xural”ın böyük ailəsindən olan dostların səni bir çürük qozla olsa belə anmaqdan şərəf duyurdular. İndi hanı o dostların əhatə dairəsi!? Bir çürük qozla olsa belə yada salırsanmı onları?
Budurmu Sənin “Böyük Gələcyin”, Əvəz Zeynallı?
Biz ayaq açandan eşitmişik ki, Böyük gələcək, kiçik də ayağa duracaq. Amma Sənin “böyük gələcəyində” böyüklərin yerinə Tural Abbaslıların timsalında kiçiklər başa keçirilir, söz sahibi kimi təqdim olunur!!
Sən Əvəz Zeynallı, doğrudan da “Böyük Gələcək” peşindəydinsə, onda Sərdar Əlibəylilərin “bizi potensial qatilə çevirməyin” hayqırtısının yanında olmalıydın. Ancaq olmadın!!!
Sən Əvəz Zeynallı doğrudan da “Böyük Gələcək” peşindəydinsə, onda bu millətin “Ömür kitabı”nı yazan SABİR RÜSTƏMXANLInı ucqar Yardımlıda hansısa burnu fırtıqlı məmur məktəblilərlə görüşə buraxmayanda, poeziyamızın “Nanə yarpağı” MUSA YAQUB Buynuz kəndində kürəyini Canalı Dağına söykəyib canıyla əlləşərkən onun yanında olmalıydın! Ancaq olmadın!
Sən Əvəz Zeynallı doğrudan da, “Böyük Gələcək” peşindəydinsə, onda Azərbaycanın müstəqilliyinə səs verən, sonundasa ac-yalavac yaşayaraq ömrünü başa vuran, dostlarının çoxu tərəfindən unudulan keçmiş deputatımız rəhmətlik Məryəm xanımın yanında olardın! Ancaq olmadın!
Sən Əvəz Zeynallı doğrudan da, “Böyük Gələcək” peşindəydinsə, onda ən böyük problemimiz olan itirilmiş torpaq dərdimizi ələ salmaqla Azərbaycana münasibətdə ikili standart sərgiləyən və ölkə içində “casus şəbəkəsi” yaradn beynəlxalq təşkilatların yanında deyil, nankorluğumuza baxıb Qarabağ səması üstündə qıy vuran, haray çəkən, Kəsik Qolların, Kəsik Qıçların, Nigaran Ruhların yanında olardın! Ancaq olmadın!
Sən Əvəz Zeynallı doğrudan da, “Böyük Gələcək” peşindəydinsə, onda heykələ “qul” sözünü yazıb siyasi məhbus statusu alanların yanında yox, gerçəkdən qul bazarlarında ürəkləri də əllərinin içi kimi qabar-qabar olan qulların yanında olardın! Ancaq olmadın!
Sən Əvəz Zeynallı doğrudan da, “Böyük Gələcək” peşindəydinsə, onda mənəviyyatımızın para hesabına zorlanmasına göz yuman “samozvanets generallar”ın yanında deyil, canıyla, qanıyla, bütün varlığıyla Azərbaycanımıza doğru tuşlanan “güllələr”ə sinə gərən və hədəf kimi irəli verilən piyadalartın yanında olardın! Ancaq olmadın!..
Sən Əvəz Zeynallı doğrudan da “Böyük Gələcək” peşindəydinsə, onda gerçəkdə yumurtasına görə qaqqıldayıb özünü bu yurdun qoruyucusu kimi göstərənlərin yanında deyil, bu günün özündə də haqqı tapdalanan Vətən fədailərinin yanında olardın! Ancaq olmadın!..
Çoxdu bu misallar, buradan ta dost qapısınacan...
Sadalamaq bunca yetər...
Dostlarından fərqli olaraq səninlə “tonlarla çörək” yeməsəm də, ancaq “Böyük Gələcək” naminə ancaq dosta alqış, düşmənə qarğış etməyin də peşində deyiləm. Dost sandıqların hansı səhvlərini üzünə söylədi ki, Əvəz Zeynallı da içindən arınsın, içindən durulsun, içindən saflaşsın? Hərdən qaynatdığın qazanın qapağını aç, gerçəkıləri anlat.
Anlat ki, dostun Rəhim Qazıyev, dostun Pənah Hüseyn, dostun Nemət Pənahlı, dostun Tural Abbaslı, dostun İsgəndər Həmidov hansı məhsul toplanışına çıxırlar indi...
Sənə xatırlatmaq üçün bir-iki də “p.s” də deyim..
P.S -1: Əvəz Zeynallı bəy, yeri gəlmişkən, dostunuz PƏNAH HÜSEYN də "VERSUS.AZ" SAYTINA verdiyi müsahibəni yarımçıq qoydu, gerçəyin qarşısında emosiyalarını cilovlaya bilmədi və beləcə Sözün Cəng Meydanında duruş gətirə bilmədi...
P.P.S - 2: Əvəz Zeynallı bəy, yenə də yeri gəlmişkən, dostunuz RƏHİM QAZIYEV bəy də deyəsən ona verəcəyimiz sualların nədənlərini duyub təzyiqinin qalxdığını səbəb göstərməklə ikinci dəfə "VERSUS.AZ" saytının qonağı olmadan o da Pənah bəy kimi Sözün Cəng Meydanında duruş gətirə bilmədi və AXH-nin iclasında qurşaqdan aşağı söyüş kampaniyasının iştirakçısı olmağa üstünlük verdi.
P.P.P.S -3: Əvəz Zeynallı bəy, sən türmədən çıxanda sənin dostların türmə qapısına gəlmişdilər, mənsə bu münasibətlə azad mətbuata gözaydınlığı verirdim. Ki, gözün aydın olsun, a mətbuat, Əvəz Zeynallı gəlir!!! Hanı bə gözləntilərimiz!?
P.P.P.P.S -4: Əvəz Zeynallı bəy, “Böyük Gələcək” istəyirsənsə, deşilən çuvalın və yerə tökülən dənlərin hayına qal. Çünki o çuval da, yerə tökülən dənlər də bizimdir..
Və ..və deyəsən burada “sitatın sonu” gəlir. Buyur, ƏVƏZ ZEYNALLI, buyur! Səni ETİBAR HÜSEYNOV debata çağırır. Anladığım qədərində "Rəhim Qazıyev-Etibar Hüseynov debatını saxtalaşdırdığına" görə "Sitatın sonu" kimi indi də Etibar Hüseynov Sən Əvəz Zeynallını Sözün Dar Ağacından asmağı planlaşdırır. Haqqını sovunacaqsansa kiminsə haqqını sovunacağından danış....
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi