“O, olan yerdə demokratik qüvvələrin birliyi alınmayacaq”
“Arif bəyin yanında Azərbaycan xalqına həmişə arxadan zərbə vuran Qəmbərov İsa olduqca…”
“Nə qədər ki, Qəmbərov İsa var, Azərbaycanda heç vaxt müxalifətin birliyi alınmayacaq. Ona görə ki, siyasi partiyalar bilirlər ki, Azərbaycanda Əbülfəz Elçibəyin hakimiyyətinin devrilməsində bir nömrəli rolu Qəmbərov İsa oynayıb”.
Bunu Versus.Az-a son vaxtlar gündəmə gətirilən müxalifətin vahid birliyi məsələsinə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib:
“Xatırlayırsınızsa, rəhmətlik Elçibəy Kələkidən Bakıya qayıdandan sonra böyük bir toplantı keçirdi, orda belə bir fikir işlətdi ki, mənim axırıncı şansımdır, axırıncı şansı verin prezident olum və xalqıma verdiyim vədlərin bir hissəsini yerinə yetirim. Qəmbərov isa da cavab verdi ki, bəy, artıq sizin vaxtınız keçib.
Həmin vaxt mən nazir idim. Qəmbərov deyirdi Elçibəyin, Əli Kərimlinin, Pənah Hüseynin yanına getməyin. Bunları xatırlatmaqda məqsədim odur ki, indiki vaxtda da inanmıram ki, Qəmbərov İsa olduğu yerdə ot bitsin. Və bu gün də Arif Hacılının birlik yönündə çaba göstərməsinə gəlincə, özü bunun alınmasını istəsə də mümkün deyil. Çünki Arif bəy müstəqil deyil. Çox istərdim ki, Arif bəy bu məsələdə patriotduğunu davam etdirsin. Amma nə qədər ki, Arif bəyin yanında Azərbaycan xalqına həmişə arxadan zərbə vuran Qəmbərov İsa var, düşünmürəm ki, buna nail olacaq”.
MMP sədri bildirib ki, İ.Qəmbər siyasi fəaliyyəti boyunca demokratik qüvvələrin bir araya gəlməsinə eç vaxt imkan verməyib və bundan sonra da vermiyəcək:
“Hələ ki, danışıqlar gedir. Bizim partiyanın birinci müavininə də o danışıqlarda iştirak etmək imkanı vermişik. İstərdik ki, bu sahədə də Azərbaycanın milli qüvvələri, dövlətçilik naminə Azərbaycana bu gün xaricdən olan basqıların qarşısının alınması, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün birgə dövlət başçısının yanında olsun. Prezident seçkiləri yaxınlaşır. Azərbaycan kimi demokratik bir cəmiyyətdə yaşayırıq. Demokratik düşüncəli insanların fikirləri Azərbaycanda inkişaf etdirilir. Soros Fondunun yaydığı qərəzli məlumatdan asılı olmayaraq, Azərbaycanda digər dövlətlərdən fərqli olaraq böyük bir demokratik mühit formalaşıb”.
Müxalifətin vahid birliyi məsələsi ilə bağlı təkrar-təkrar “mən inanmıram ki, Qəmbərov İsa olan yerdə demokratik qüvvələr bir araya gəlsin” deyən Hafiz Hacıyev bunu onun 2 milyon alaraq Milli Şuranı tərk etməsi ilə əsaslandıraraq vurğuladı ki, istəsə sübut üçün “BazarStore”-də kiminlə görüşüb həmin pulu alması faktı olan şəkilləri yenidən ortaya çıxara bilərlər:
“Arif bəyə gəlincə, tərəfdarıyam, bu yöndə cəhdlərini davam etdirsin və axıradək müxalifətin sağlam kəsiminin birliyinin yaradılmasında öz xidmətlərini göstərsin”.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...