“Partiya olaraq partizan müharibəsinə də başlıya bilərik”
“Bu, Azərbaycanın xarici siyasətinə rəhbərlik edən Elmar Məmmədyarovun “diş”sizliyini göstərir”
“Kəlbəcərdən Ağdərəyə açılan yolda erməni cəlladının gedib iştirak etməsi şəxsən məni çox məyus edir. Xarici İşlər Nazirliyimiz bunun qarşısında susur. Bu, Azərbaycanın xarici siyasətinə rəhbərlik edən Elmar Məmmədyarovun “diş”sizliyini göstərir”.
Bunu Versus.Az-a Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla birlikdə Vardenis-Ağdərə avtomobil yolunun açılışında iştirakına açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər xarici siyasətimizdə qəti mövqe ortaya qoyulsaydı seperatçı erməni indi o yolun açılışını qeyd edtməzdi:
“Mən dözməzdim, həmin an oranı bombaladardım, bizim torpaq olduğu üçün də heç bir dövlət bir söz deyə bilməzdi. Bizim torpaqlarımızda onların fironluq etməsi məni ağrıdır, mən də bizim XİN nazirinə qarşı qəzəblənirəm haqlı olaraq. Hakimiyyətdəki dediyim o QOCALAR EVİnin bu məsələyə biganəliyidir ki, Ermənistan hər dəfə Qarabağımızda daha nələrsə etməklə millətimizin psixologiyası ilə oynamaqda davam edir. QOCALAR EVİnin o sakinlərini belə əhəmiyyətli məsələlər maraqlandırmır. Onları Əli Həsənov kimilərinin nəvələrinin pulları, digər nazirlərin eyş-işarət məsələsi maraqlandırır. Dağlı Qarabağla bircə nəfər məşğul olur, o da Prezident İlham Əliyevdir. O istiyir ki, münaqişənin müsbət yöndə həllinə nail olsun. Hələlik isə dünya birliyinin ədalətsiz mövqeyi nəticəsində nəyəsə nail olmaq mümkün deyil”.
MMP sədrinin sözlərinə görə ermənilər arxayınlıqdan dolayı artıq Şuşada yeni binalar tikirlər, Xankəndini Şuşaya köçürürlər, Laçında böyük tikinti işləri gedir:
“Erməni diasporası maliyyəsini o cür işlərə tökür, bəs bizim diasporamız, milyoderlərimiz nə edirlər?”
“Ermənilərin arxasında duranlar, əsasən Rusiya görünür Ermənistana vədlər verir, deyir ki, işinizdə olun, biz Dağlıq Qarabağın Azərbaycana verilməsinə imkan vermiyəcəyik. Mən dəfələrlə müsahibələrimdə demişəm ki, Azərbaycanda milli birlik yaranmalıdır, ölkə başçısının ətrafında birləşib Dağlıq Qarabağı azad etmək, sonra seçkilərə getmək lazımdır. Bu gün torpaqlarımız, qadınlarımız işğalda, əsirlikdə qalıbsa hansı namus-qeyrətdən danışmaq olar? Xalqımız heç olmasa bundan sonra ayılsın. Əksinə, bizim rusiyameyilli keçmiş prezident və onun ətrafında olanlar isə deyir ki, gedək Rusiya ilə yenidən birgə olaq. Bunlar Xocalını unudublar, rusların millətimizi Qərbi Azərbaycandan köçürməsini unudublar, 20 Yanvarı unudublar, bu gün də istəyirlər ki, Azərbaycanı Rusiyanın qucağında otuzdursunlar. Biz buna imkan vermiyəcəyik. Belə olarsa, biz Müasir Müsavat Partiyası olaraq partizan müharibəsinə də başlıya bilərik.
Yaxşı olar ki, Azərbaycanın milli qüvvələri hakimiyyət uğrunda yox, Qarabağ uğrunda mübarizə aparsınlar. Başa düşdük, QOCALAR EVİ buna getmir, bəs milli qüvvələrə nolub? Gəlsinlər müzakirə açaq, görün bircə nəfər erməni dığasının avtomobil yolu açılışı etməsi ilə bağlı hansı fikri söyləyəcək. Erməni diasporası maliyyəsini o cür işlərə tökür, bəs bizim diasporamız, milyoderlərimiz nə edirlər?”
Partiya sədri vurğuladı ki, Azərbaycanda siyasi partiyalar, milli qüvvələr Dağlıq Qarabağ məsələsində bir yumruq kimi birləşsə, birlik göztərsə dünya da görəcək ki, qarşısında böyük bir güc var.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...