“Bu, separatçıların sərsəm xülyasından başqa bir şey deyil”
“Erməni separatçıları hamıya göstərmək istəyirlər ki, Azərbaycan tərəfi artıq Qarabağı unutmalıdır və dünya bunu belə qəbul etməlidir. Bu, separatçıların sərsəm xülyasından başqa bir şey ola bilməz”.
ALDP sədri Fuad Əliyev bunu Versus.Az-a Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla birlikdə Vardenis-Ağdərə avtomobil yolunun açılışında iştirakını şərh edərkən bildirib.
“Onların işğal altında saxladıqları ərazilərə gedib müxtəlif tədbirlərdə iştikar etmələri birinci dəfə deyil. Erməni separatçılarının işğal altında saxladığı Qarabağ torpaqlarında hansı işləri görüb, hansı tədbirlər keçirmələrindən asılı olmayaraq, torpaqlarımızın bölünməzliyi barədə dünyaya verilən qəti mesajlarımız və beynəlxalq hüquq normaları erməni özbaşınalıqlarına qarşı tutarlı cavablar hesab oluna bilər.
Beynəlxalq hüquq, eləcə də BMT, AŞPa, ATƏT işğalçı ermənilərin əsarətdə saxlayıb guya özləri üçün yaratmaq istədikləri “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımır və tanımayacaq.
“…torpaqlarımızı işğaldan azad etməliyik”
ALDP sədri bu gün beynəlxalq müstəvidə müzakirə olunan Qarabağ münaqişəsinin həllinin müəyyən vaxt aparacağını bildirib:
“Biz dünyada cərəyan edən mövcud durumdan – ABŞ-ın Rusiyaya qarşı həyata keçirdiyi təzyiqlərindən istifadə edib torpaqlarımızı işğaldan azad etməliyik”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...