“Başlarını dəvəquşu kimi gizlədirlər, quyruqlarından xəbərləri yoxdur”
“Hələ ki, adlarını çəkmirəm, amma onların da vaxtı çatacaq”
“Mən nazirlər, hökumət haqqındakı kəskin çıxışlarıma görə hədəfə götürülürəm bəzən. Küncə sıxışdırırlar məni, deyirlər filan nazirlə, filan YAP-çı, filan icra başçısı haqqında faktları açma. Niyə açmayım? Onsuz da qardaşım İlham Əliyevdən bütün faktları gizlədirsiz, xəbərsiz qoyursuz onu. Ölkədə baş verən anarxiyadan xəbəri yoxdur, yalandan çatdırırlar ki, hər şey yaxşıdı, xalq razılıq edir öz yaşamından. Mən də sussam bu xalqın dərdini kim çatdıracaq ona?”
Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Vurğulayıb ki, bəzi nazirlərin gizlin siyasi oyunları barədə əlində qatı açılmamış faktlar var:
“Yavaş-yavaş çıxaracam üzə. Deyirlər demə. İstəyirlər ki, mən də onlar kimi milyonlar tələb edim, dövlətimin rəhbərini xalqın gözündən salacaq özbaşınalıqlar edim, sonra da yaxamı çəkib durum kənarda, güdaza da başqaları getsin. Mən heç bir təpkidən qorxan deyiləm. İtirəcəyim heç nə yoxdur. Villalarım, avtomobillərim, obyektlərim yoxdur ki, əlimdən çıxacağına qorxam”.
Partiya sədri eyni zamanda mətbuata verdiyi açıqlamalarının çox vaxt kontekstdən çıxmasından da narazılıq edib:
“Mən bəzi mətbuat nümayəndələrindən də inciyirəm. Kəskin fikirlərimi yumşaldıb verirlər. Niyə? Söylədiklərimin arxasında dururamsa, niyə yumşaldıb verirsən? Qorxmaq lazım deyil. Əvvəllər məmur özbaşınalığından tənqidi yazılar yazılardı, indi sanki bir az ehtiyat edirlər. Bu, heç də yaxşılığa doğru deyil”.
Bu gün müxalifət partiyalarının hərəsinin bir məmur tərəfindən himayə edildiyini iddia edən Hafiz Hacıyev deyir ki, vaxtilə meydanlarda məmur özbaşınalığına qarşı çıxışlar edən həmin partiya sədrləri bu gün susdurulmuş görsənir:
“Özünü müxalifət adlandıran siyasilər də mövqelərini dəyişiblər. Bayaqdan “haqsızlığa düçar olan xalqım” deyib meydanlarda şüarlar səsləndirirdilər, indi prezident qudurğanlıq edən məmuru cəzalandıranda həmin məmurun müdafiəsinə qalxırlar, onunla danışıqlara başlayırlar. Çünki cib müxalifətə dönüblər. Cib güdürlər, əl güdürlər”.
MMP sədrinin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) daxilində ölkədə anarxiyanın yaranmasına meyilli olan qüvvələrlə iş birliyində maraqlı olan şəxslər var:
“Hələ ki, adlarını çəkmirəm, amma onların da vaxtı çatacaq. YAP-da olub YAP-ın əleyhinə iş görənlər var. Başlarını dəvəquşu kimi gizlədirlər, quyruqlarından xəbərləri yoxdur”.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...