YAP-da olan bəzi şəxslər hakimiyyət daxilindəki başqa qüvvələrə xidmət edirlər

17:54 14-08-2017 | icon 523 | Siyasət
YAP-da olan bəzi şəxslər hakimiyyət daxilindəki başqa qüvvələrə xidmət edirlər

Hafiz Hacıyev: “Mən istəməzdim ki, hörmətli dostum Siyavuş müəllim bu tip açıqlamalar versin. Qocalar evi daha çox iqtidar daxilindədir”

 Mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyasının millət vəkili Siyavuş Novruzov bildirib ki, müxalifətin sıraları qocalıb. 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələ ilə bağlı Moderator.az-a danışıb:
 
“Siyavuş müəllim bilməlidir ki, Azərbaycanın yeganə müxalifət partiyası Müasir Müsavat Partiyasıdır. Müavinlərimin 50-55 yaşı var. Yaşı yüksək olan şəxs isə YAP-dan Müasir Müsavata keçən Sabir Vəliyevdir. Bizim partiya aşağıdan yuxarıya doğru inkişaf etmək yolunu tutub. Bu gün sıralarımızda olan gənclər gələcəkdə mənim yanımda mühim işlər görəcəklər. Hələlik isə onlar təcrübə toplamaqla məşğuldular. Mən istəməzdim ki, hörmətli dostum Siyavuş müəllim bu tip açıqlamalar versin. Qocalar evi daha çox iqtidar daxilindədir. Cənab prezident bu insanların dərsini də zaman-zaman verir. Siyavuş müəllim YAP-ın baş qaxıncı olan Əli Həsənov, Tağı Əhmədovla bağlı təbdir görülmə məsələsini gündəmə gətirməlidir. YAP bizim partiya qədər dövlətçilik və prezidentə xidməti prioritet məsələ hesab etməlidir. Biz bütün hallarda prezidentə, xalqa xidmət edəcəyik. Hafiz Hacıyev olan yerdə İlham Əliyevə heç kim xəyanət edə bilməz. Heç kəs düşünməsin ki, kimlərsə prezidenti blokadaya ala bilər. Prezident YAP-ın deyil xalqın prezidentidir. O bütün xalqa çox ləyaqətlə xidmət edir. Amma ətrafında olan bir qrup ləyaqətsiz məmurlar isə prezidentin imicinə zərbə vurmağa çalışırlar. Kim düşünürsə Azərbaycanda müxalifət yoxdur, müxalifət qocadır, bu çox yanlışdır. Bu gün Azərbaycan müxalifətinin başında dayanan Hafiz Hacıyev prezidentə xidmət edir. Mən Almaniyanın Köln şəhərində ermənilərlə əlbir olan məmurların ünvanını deyə bilərəm. Gəlsinlər gedək onların ünvanını verim onlara. YAP- da olan bütün şəxslərə səslənirəm, siz bu partiyanın üzvüsünüzsə partiyanın sədri qardaşım İlham Əliyevə xidmət göstərməlisiniz. Amma təəssüflər olsun ki, YAP da olan bəzi şəxslər hazırda hakimiyyət daxilində olan başqa qüvvələrə xidmət edir. Hafiz Hacıyevin davası məhz budur. YAP-da Azərbaycanın digər ləyaqətli qurumlarının da yalnız bir amalı olmalıdır – İlham Əliyevə xidmət etmək. Çünki prezident hazırda xalqına xidmət edir. Xalqa xidmət edənləri tək buraxanlar, ona zərbə vuranlar qanı bu xalqdan olmayan xəyanətkarlardır.”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?