“Bu partiyanın yaradılması ölkədə parçalanmaya səbəb ola bilər”

19:58 14-08-2017 | icon 581 | Siyasət
“Bu partiyanın yaradılması ölkədə parçalanmaya səbəb ola bilər”

“Qərbi Azərbaycan Partiyasını yaratmaq Əziz müəllimin girdiyi "kol" deyil”

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli mətbuata müsahibəsində Qərbi Azərbaycan Partiyası (QAP) yaradacaqlarını deyib. Bildirib ki, ilk növbədə Qərbi Azərbaycan qaçqınlarının, bütün qərbi azərbaycanlıların və hansı ölkədən, bölgədən olmasından asılı olmayaraq, bu mübarizəni dəstəkləyən soydaşların təşkilatlanmasını təmin edəcəklər. Onu da əlavə edib ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq cəmiyyətin işini görəcəklər:

“Yəni siyasi fəaliyyətlə məşğul deyilik. Ona görə də mənim və soydaşlarımızın da çoxu bu fikirdədir ki, bu adda bir siyasi təşkilatın yaranmasının artıq vaxtı çatıb. Çox güman ki, bu, Qərbi Azərbaycan Partiyası adlanacaq. Partiynın əsas məqsədi də Qərbi Azərbaycan torpaqlarını erməni işğalından azad etmək olacaq”.

Ə.Ələkbərlinin bu fikirləri Müasir Müsavat Partiyasının əslən Qərbi Azərbaycandan olan sədri Hafiz Hacıyevi qəzəbləndirib.

Versus.Az-a açıqlamasında “Qərbi Azərbaycan Partiyasını yaratmaq Əziz müəllimin girdiyi kol deyil” deyən Hafiz Hacıyevin sözlərinə görə, Qərbi Azərbaycanlılar heç vaxt ayrı bir partiyanın ətrafında birləşən deyil. Bu gün Qərbi Azərbaycanlıların MMP, YAP və digər partiyaların ətrafında sıx birləşdiyini qeyd edən partiya sədri vurğuladı ki, görünür bu partiya hansısa sifariş əsasında yaradılacaq:

“Kimlərsə siyasi alver etmək istəyirlər, amma buna nail ola bilməyəcəklər. Hər kəs gedib öz işi ilə məşğul olsa yaxşıdır. Qərbi Azərbaycan Partiyasının yaradılması ölkədə parçalanmaya səbəb ola bilər. Onsuz da yerlipərəstliklə bağlı Azərbaycan xalqının kifayət qədər problemləri var. Əziz Ələkbərli bu partiyanı yaratmaqla Qərbi Azərbaycanlıları zərbə altına qoya bilər. Yaxşısı budur gedib Qərbi Azərbaycandan olan qaçqınlarımızın xeyir-şərinə yarasın, ondan sonra bu partiyanı yaratmaq haqqında fikirləşsin”.

MMP sədrinin Qərbi azərbaycanlı olaraq yeni yaradılacaq partiyanın üzvü olacağı ehtimalına gəlincə, Hafiz müəllim dedi ki, özünün partiyasının 90 min üzvü var və yarandığı gündən indiyədək aktiv fəaliyyət göstərir. Bu üstünlüklər baxımından əksinə, Əziz Ələkbərlinin gəlib MMP-yə üzv olmasını daha düzgün hesab etdi.

Nilufər

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?