“Çex modeli” üzrə turist marşrutları nişanlanır

09:39 11-04-2019 | icon 461 | Cəmiyyət
“Çex modeli” üzrə turist marşrutları nişanlanır

2-7 aprel tarixlərində Şahdağ və Hirkan Milli Parklarında çex mütəxəssisləri tərəfindən milli parkların əməkdaşlarına, Dövlət Turizm Agentliyinin və bir sıra turizm şirkətinin nümayəndələrinə treninqlər keçirilib və təyin olunan marşrutlar üzrə nişanlanma işləri aparılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, bir çox ölkələrdə tətbiq olunan “çex modeli” üzrə turist marşrutlarının nişanlanması işlərinin digər milli parklarda da aparılması planlaşdırılır. Bu nişanlar turistlərin cığırlardan kənara çıxmamasına və marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.

 

Qeyd edək ki, turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi Azərbaycanda ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına şərait yaradacaq.

 

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Çexiya Respublikasının ölkəmizdəki səfiri və ekologiya və təbii sərvətlər naziri arasında keçirilmiş görüşdə Azərbaycanın bir sıra milli parklarında turist cığırlarının “çex modeli” üzrə nişanlanmasına razılıq verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72