«Böyük bir oyun qurulub və bu oyunçular da hakim komandada təmsil olunurdular»
«Bu gün MDB ölkələrində, eləcə də Azərbaycanda çox təhlükəli proseslər gedir. Rusiya, Amerika və bəzi Qərb dövlətləri Azərbaycanda çevriliş etmək istəyirlər».
Versus.az xəbər verir ki, bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, artıq bununla bağlı narahatlıqlar bir sıra millət vəkilləri tərəfindən də ifadə olunub:
«Böyük bir oyun qurulub və bu oyunçular da hakim komandada təmsil olunurdular. Onlar hər an mənim əziz qardaşıma, ölkə prezidentinə zərbə vurmağa hazırdırlar. Mən bunlara qarşı mübarizə aparıram. Amma bu mübarizə mənə çox baha başa gəlir. Bu gün ölkə iqtisadiyyatını hansı vəziyyətə salıblar. Pensionerlər, aztəminatlı ailələri niyə narazı salırlar? Bütün bunları qəsdən edirlər ki, prezidentin başı daxili çəkişmələrə qarışsın, islahatların dərinləşməsi gerçəkləşməsin. Bütün bu adamların hamısı Rusiyaya bağlıdır. Özü də elə sistemləşiblər ki, elə bir Rusiyanın burada hökumət qolu var. İstər ordu daxilində, istər hakimiyyətin digər qanadlarında Rusiyanın adamları yerləşib ki, fürsət düşən kimi milli maraqlara zidd addımlar atırlar».
Partiya sədri hesab edir ki, bu adamların hamısı zərərsizləşdirilməlidir. Onun fikrincə, bu şəbəkəni tamamilə sıradan çıxarmaq üçün hamısı həbs olunmalıdır:
«Vaxtiylə Heydər Əliyev əleyhinə kampaniya aparanlan indi nazir kürsüsündə oturub. Bunların hamısı faktlardır. Prezident də bir balaca hərəkət edən kimi o dəqiqə ölkə içində çaxnaşma yaradırlar. Yadınızdadırsa, devalvasiya zamanı bir sıra rayonda etirazlar təşkil elədilər və ölkədə xaos yaratdılar. Axırda da istədilər ki, əl müxalifətinin üstünə atsınlar, amma o da alınmadı. Onlar müxalifət olsaydılar, vəziyyət belə olmazdı. Hərəsi bir yerə qulluq elədikləri üçün də ölkədə heç bir problem həll olunmur.
Ölkədə də qiymət artımı davam edir, inkişaf yoxdur. Prezidentə addımbaşı yalan məlumatlar verilir, real problemlər gizlədilir. Qarşıdan da prezident seçkiləri gəlir. İstəyirlər ki, məni susdursunlar. Amma unutmasınlar ki, son nəfəsimə kimi, qardaşımı müdafiə edəcəyəm».
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...