«Gecikmədən səfərbərlik elan edilməli, müharibəyə başlanılmalıdır»

18:37 23-06-2017 | icon 508 | Siyasət
«Gecikmədən səfərbərlik elan edilməli, müharibəyə başlanılmalıdır»

“Mən Azərbaycan siyasi qüvvələrinə də çağırış edirəm ki, bu məsələdə vahid mövqedən çıxış edək”

«20 ildir ki, başımızın altına yastıq qoyurlar, biz də arxayınlaşırıq. Amma ermənilər o biri tərəfdən Qarabağda məskunlaşmağa başlayıblar».

Versus.az xəbər verir ki, bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib.

O bildirib ki, ermənilərin Qarabağa yerləşməsi Azərbaycana utanc gətirən haldır:

«Azərbaycanın torpaqları işğal altındadır və hüquqlarından istifadə edib müharibə yolu ilə torpaqlarını azad edə bilər. Görünür, erməniləri kimlərsə arxayın salır. Yoxsa, erməni kimi qorxaq millətin nümayəndələri Qarabağa gələ bilməz. Mən bir şeyi anlamıram, biz nəyi gözləyirik? Ordumuzda güc var, biz buna inanırıq. Ali Baş Komandanımız da cəsarətli şəxsdir. ATƏT-in Mink Qrupunun həmsədrlərinə inanmaq lazım deyil. Onlardan bizə xeyir gələn deyil. Onlar baş qatmaqla məşğuldurlar və istəyirlər ki, xalq Qarabağ məsələsini unutsun. Gəlirlər, yeyib-içirlər, ciblərini doldururlar. Yalandan bir bəyanat verib gedirlər. Bunun bizə xeyri yoxdur, amma ermənilərə var. Artıq Qarabağda yerləşirlər, özlərinə aeroport belə tikiblər. Bu vəziyyət bəzilərinə xeyir verir. Qaçqınlara şəhərciklər salınır, bəziləri də milyonlarla pul qazanır. Yaxşı olar ki, torpaqlarımızı alaq, gedib şəhərcikləri öz el-obamızda tikək».

Partiya sədri onu da bildirib ki, artıq müharibəyə start verməyin zamanıdır:

«Əziz qardaşım, Ali Baş Komandandan xahiş edirəm ki, müharibə başlasın. Hamımız silaha sarılaq torpaqlarımızı azad edək. Mən Azərbaycan siyasi qüvvələrinə də çağırış edirəm ki, bu məsələdə vahid mövqedən çıxış edək. Həm daxildə təmizləmə işi aparaq, həm də torpaqlarımızı ermənilərdən təzmizəyək. Ona görə də mən müharibə tərəfdarıyam. Gecikmədən səfərbərlik elan edilməli, müharibəyə başlanılmalıdır».

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?