Qarabağ ziyalıları ADP sədrinə ilə görüşüblər

13:47 21-06-2017 | icon 565 | Siyasət
Qarabağ ziyalıları ADP sədrinə ilə görüşüblər

Ziyalılar müavinətlərinin kəsilməsi ilə bağl narazılıq ediblər

Qarabağdan məcburi köçkün düşmüş bir qrup ziyalı ADP-nin Mərkəzi Qərargahında partiya sədri Sərdar Cəlaloğlu ilə görüşüb.

Bu barədə versus.az-a ADP mətbuaat xidmətindən məlumat verilib. Görüşdə məcburi köçkün həyatı yaşayan elm və mədəniyyət adamlarının bu günkü sosial-iqtisadi vəziyyəti müzakirə olunub. Qarabağ ziyalıları bildirib ki, 10 may 1994-cü il tarixdən Nazirlər Kabinetinin Qərarına əsasən Qarabağdan özlərindən asılı olmayaraq məcburi köçkün düşmüş büdcədən maliyyələşdirilən təşkilatlarda işləyənlər kimi onlara orta aylıq əmək haqqının miqdarında müavinət verilirdi. Lakin 2017-ci ilin yanvar ayının 1-dən bu müavinət heç bir əsas göstərilmədən dayandırılıb ki, bu da onların sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Vaxtı ilə 25 min nəfər bu imtiyazdan istifadə edə bilirdisə, son illər bu imtiyazdan istifadə edənlərin sayı 6951 nəfərə qədər azalıb.

Ziyalılar görüşdə bu problemlərinin həllində onlara dəstək verilməsini xahiş edib.

Arzu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?