“Bu onu göstərir ki, Putin qorxmalıdır”

16:37 19-06-2017 | icon 519 | Siyasət
“Bu onu göstərir ki, Putin qorxmalıdır”

“Rusiya Minsk sazişini yerinə yetirərək Ukraynanın ərazi bütövlüyünü təmin etməli idi”

Versus.az –ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Krıma görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları 1 il müddətində uzadıb. İyunun 23-də müddəti başa çatan sanksiyalar 2018-ci ilə qədər davam edəcək.

Avropa Birliyi növbəti sanksiyalarla nəyə nail olmaq istəyir, yaxud bununla Putini qorxuda biləcəkmi?

Politoloq Qabil Hüseynli versus.az-a bildirib ki, Rusiya Minsk sazişini yerinə yetirərək Ukraynanın ərazi bütövlüyünü təmin etməli idi.

“Müqavilələr yerinə yetirilmədiyindən Avriopa Birliyi, Amerika yeni sanksiyalar həyata keçirdi. Amerika sanksiyaların siyahısını genişləndirib, Avropa Birliyi isə sanksiyaların müddətini  daha 6 ay uzadıb”.

Politoloq qeyd edib ki, Rusiyanın Kırımı istila etməsi və onun ardınca Donbasda qondarma  respublikalar yaradılması sanksiyaların tətbiq edilməsi üçün əsas səbəb idi.

Bu Rusiyanın həm zəiflədilməsinin və sürətlə silahlanmasının qarşısınn alınması məqsədi güdür”– deyə Q. Hüseynli Rusiyanın sanksiyalar zamanı xeyli ziyana düşdüyünü şərh edib.

“Bundan öncəki sanksiyada Rusiyanın 50 milyard dollar itirdiyi qeyd olunsa da, bu yanlış rəqəmdir . Rusiya sanksiyalar müddətində 150 milyard dollar itirib. Əsasən ölkənin ümumi daxili məhsulunun artımı bir neçə ildir ki, sıfır vəziyyətinə enib. Nəticə etibarilə, milli gəlir xeyli azalıb. Putinin  prezident seçilməsindən sonra hərbi xərclər 3 dəfədən çox -70 milyard dollara qədər artıb ki, bu da Rusiya üçün çox böyük yükdür”.  

Politoloq  bildirib ki, Rusiyada cərəyan edən mitinqlərin, etiraz dalğasının xalqın Putin siyasətindən narazı olduğunu ifadə edir.

Tahirə  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?