“Bu ikiüzlü təşkilatlardan heç vaxt kömək diləməməliyik”
18:39 18-06-2017
|
525 |
Siyasət
“Xatırlayırsınızsa mən bir neçə ay bundan öncə Avropada baş tutan mitinqlərlə bağlı həyacan təbili çalaraq bildirmişdim ki, ölkəmizə qarşı planlar var”
Versus.az bildirir ki, bunu moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, ölkəmizə qarşı fəaliyyət göstərən qüvvələr daxildə və xaricdə birləşiblər:
“Bu gün Azərbaycanda özlərinə müxalifət deyən qüvvələr agentura şəbəkəsinin bir qoludur. Avropa Şurasının Bakıdakı nümayəndəliyinin keçirdiyi tədbirlərə fikir verin. Bu gün Azərbaycanın əsas müxalifət qüvvəsi olan Müasir Müsavat Partiyası tədbirə dəvət olunmur, amma xalqın yadından çıxmış, xəyənətkarlar dəvət olunur. Bütün bu onu göstərir ki, bu partiyalar Qərbin agentura şəbəkəsinin üzvləridir. Əli Kərimli və Cəmil Həsənli bu qüvvələrlə əməkdaşlıq edərək ölkəmizədə qarışıqlıq salmaq istəyirlər, Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Amma bu şəxslər bilməlidir ki, Azərbaycanda xalqla prezident ətrafında geniş vəhdət var. Biz Müasir Müsavat Partiyası olaraq bunu görüb hiss edirik. Azərbaycanı qarış-qarış gəzib qardaşımın təbliğatını aparırıq, onu gözdən salmaq istəyənləri ifşa edirik. Bütün bunları görən xarici kəşviyyat ölkəmizdə qarışıqlıq salmaq istəyir. Mən Azərbaycanın əsas müxalifət lideri kimi Avropa Şurasının Bakıdakı nümayəndəliyinin dərhal bağlanmasını tələb edirəm. Bizim həmyerlilərimiz Dilqəm və Şahbaz öz vətənlərindən girov götürülüb, niyə Avropa qurumları buna susur, bir söz demir? Məgər Dilqəmlə Şahbaz insan deyil? İnsan haqlarından danışırlar, bu iki şəxsin haqları pozulub, niyə susurlar? Nə vaxta qədər Azərbaycana qarşı ikili standartlar tətbiq olunacaq? Xalqımız başa düşməlidir ki, bu ikiüzlü təşkilatlardan heç vaxt kömək diləməməliyik. Bizim özünü xalqa həsr etmiş İlham Əliyev kimi prezidentimiz var. Biz onun ətrafında sıx birləşməliyik.”
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...