Könül Vaqifqızı: “Partiyamız gündəmi zəbt edib”
“Bu gün Müasir Müsavat Partiyası gündəmi zəbt edib. MMP liderinin bir müsahibəsi 100 minlərlə insan tərəfindən oxunur. Bu, siyasi arenada nüfuzumuzun getdikcə gücləndiyini göstərir”.
Bunu versus.az-a MMP-nin ideoloji və mətbuat məsələləri üzrə sədr müavini Könül Vaqifqızı bildirib. O, partiyanın müasir təşkilatlanma prosesində rolu ilə bağlı açıqlama verərkən bildirib ki, MMP yeganə siyasi təşkilatdır ki, H.Hacıyev başda olmaqla ədalətsizliyə qarşı açıq şəkildə mübarizə aparır, korrupsioner məmurların xalqı taladıgını çəkinmədən bəyan edir:
“Son 6 ayda Hafiz Hacıyevin siyasi kursunu izləyib, partiya sıralarımıza daxil olanlar coxalıb. Partiyaya üzv olmaq üçün YAP, AXCP və Milli Şuradan da müraciət edənlər var. Partiyamız Prezident İlham Əliyev siyasi kursunu dəstəkləyir və ona xəyanət edənləri ifşa edir”.
Leyla
Versus.az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...