VİP namizədlikdən imtina edəcək, əgər…

16:37 03-07-2017 | icon 536 | Siyasət
VİP namizədlikdən imtina edəcək, əgər…

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin IV qurultayında seçilmiş Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Partiyadan Versus.az-a bildirilib ki, iclasda ölkədəki ümumi vəziyyət, təşkilati məsələ, IV Qurultayda qəbul edilmiş qərarların icrasına yönəlik fəaliyyət, VİP-in 2018-ci ildə keçiriləcək Prezident seçkilərində iştirakı və cari məsələlərə baxılıb.

Gündəlikdəki birinci məsələyə dair geniş məruzə ilə çıxış edən VİP sədri Əli Əliyev ölkədə və Azərbaycanın aid olduğu regionda baş verən prosesləri ətraflı dəyərləndirib. O, 2018-ci ildə keçiriləcək Prezident seçkilərini qarşıdakı yaxın dövrdə ölkənin ən mühüm siyasi hadisəsi adlandırıb. Partiya sədri ölkə müxalifətinin bu seçkilərdə birgə fəaliyyətinin zəruriliyini qeyd edərək, VİP-in bütün variantlara hazır olmasının vacibliyini bildirib. Bütün mümkün variantların fövqündə VİP-in seçkilərə öz namizədi ilə qatılması zəruriliyi önə çəkilib.

Yalnız müxalifət düşərgəsinin prezident seçkilərində geniş koalisiyasının yaradılacağı və vahid namizədin müəyyənləşdiriləcəyi təqdirdə, VİP-in öz namizədindən imtinasının mümkünlüyü bildirilib. Hadisələrin digər inkişaf variantlarında VİP-in namizədinin ətrafında koalisiyanın yaradılmasının zəruriliyi vurğulanıb. İclasda Əli Əliyevin 2018-ci il seçkilərində VİP-in prezidentliyə namizədi olması haqqında qərar qəbul edilib.

Gündəliyin sonrakı məsələsi kimi VİP-in IV Qurultayından sonra Nizamnamədən irəli gələn bir sıra təşkilati məsələlərə baxılıb. İclasda VİP Məclisinin sədrliyinə növbəti dəfə Rəşid Abbasov seçilib. VİP sədrinin təqdimatı ilə Siyasi Şuranın 10 nəfərdən ibarət yeni tərkibi müəyyən edilib. Bundan başqa, Ə.Əliyevin təqdimatı əsasında Cahan Əliyeva VİP sədrinin birinci, Ramil Hüseynov, Adil Mir-Həsənli, Cavid Cabbarlı, Nailə Qasımzadə isə müavinləri postlarına təyin olunublar.

Arzu

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?