"Makron və Trampın Qarabağ vecinə də deyil"

16:57 06-05-2019 | icon 747 | Geopolitika
"Makron və Trampın Qarabağ vecinə də deyil"

ATƏT-in Minsk Qrupunun həmsədri olan iki dövlətin prezidenti – Makron və Trampın Qarabağ vecinə də deyil. Onlar bu məsələ ilə Qarabağ onlardan çox uzaqda yerləşdiyinə görə məşğul olmurlar. Putin isə Qarabağ bizim yanımızda yerləşdiyi üçün məşğul olur.

 

Versus.Az axar.az-a istinadən xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib. Onun sözlərinə görə, Yaxın Şərqdən Cənubi Qafqaza müharibə yayılsa, bu, təkcə Ermənistan və Azərbaycana yox, Rusiyaya da təsir göstərəcək:

“Biz gərək bu tip inkişafa mane olacaq. Məsələ bundadır. İkincisi, Rusiya üçün böyük hesabla Qarabağın Ermənistan və ya Azərbaycana məxsus olmasının önəmi yoxdur. Biz Xankəndini almağa və onu Rusiyaya birləşdirməyə hazırlaşmırıq.

Rusiyanın Ermənistan və Azərbaycan üçün mövqeyinin təhlükəsi bu cürdür. Əgər iki tərəf razılaşmasa, əgər cənubdan, xüsusilə də İrandan Araz xətti boyunca destabilizasiya üçün təhdid gəlsə, bu, Cənubi Qafqaza təsir etməyə başlayacaq. Bu halda ruslar Azərbaycan və Ermənistanın etirazlarına rəğmən Araza çıxacaqlar. Ona görə ki, ruslar nə azərbaycanlıları, nə də erməniləri müdafiə edəcək, onlar yalnız özlərini və maraqlarını qoruyacaq. Məhz bu faktor hər kəsin qarşısını alır. Ruslar deyirlər ki, biz heç bir şərt irəli sürmürük, siz razılaşın. Əgər razılaşmasanız və əgər bizim burnumuzun ucunda müharibə olsa, o zaman biz öz hədəflərimizi reallaşdıracağıq”.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72