Bu partiyalar bir araya gəldi

13:23 12-07-2017 | icon 491 | Siyasət
Bu partiyalar bir araya gəldi

İyulun 12-də Azadlıq, Aydınlıq, ALDP, ADP, AXP, KXCP, BAP, VİP – Partiya və “Ağ blok” sədrlərinin birgə yığıncağı keçirilib.

ALDP-nin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, yığıncağa Azadlıq partiyasının sədri Əhməd Oruc sədrlik edib.

Öncə ərazisi işğal olunmuş rayonlardan olan, 2017-ci il yanvarın 1-dən əməkhaqqıları verilməyən təhsil, səhiyyə işçilərinin nümayəndələri ilə görüş keçirilib. Həmin şəxslərin probleminin həlli üçün partiyaların hansı dəstək verəcəyi məsələsi müzakirə olunub, fəaliyyətin koordinasiya olunması barədə razılığa gəlinib. Partiya sədrləri 7 minə yaxın ailənin dolanışığının kəsilməsini doğru hesab etmədiyini, hakimiyyətin aztəminatlı təbəqəyə qarşı münasibətinin heç bir normal məntiqə sığmadığını bildiriblər.
Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Eyni zamanda, Pusiyanın Azərbaycana qarşı diplomatik normalara uyğun olmayan təzyiqləri pislənilib, belə bir vəziyyətin yaranmasının Azərbaycan hakimiyyətinin uğursuz fəaliyyətinin nəticəsi olduğu bildirilib.
Partiya sədrləri Ermənistanın Füzuli rayonunda dinc əhalini atəşə tutmasını erməni faşizminin növbəti təzahürü kimi qiymətləndirib, Azərbaycan hakimiyyətindən ölkənin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin təmini üçün əməli addımlar atması tələb olunub.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?