“Nə qədər ki, “ilanın başı”nı əzməmişik, belə bəyanatlar çox olacaq”

13:26 12-07-2017 | icon 514 | Siyasət
“Nə qədər ki, “ilanın başı”nı əzməmişik, belə bəyanatlar çox olacaq”

“Bacarığımız olsaydı, ən azından Xocalı soyqırımını dünyaya elə çatdırardıq ki, Eleni kimiləri gəlib bizi ittiham etməyə cəsarət tapmazdılar”

Bunu Versus.Az-a MMP sədri Hafiz Hacıyev Avropa Parlamentinin deputatı Elena Teoxarusun “Azərbaycan uşaq ölümündən sui-istifadə edir”- sərsəm bəyanatına reaksiyasında bildirib.

H.Hacıyev deyir ki, onlar özləri Azərbaycanın düşdüyü bu vəziyyətdən sui-istifadə edirlər:

“Görəsən, yelenaların qızlarının, körpələrinin gəlib öz evində, öz həyətində başını kəssəydilər, yaxud güllələsəydilər, hansı reaksiyanı verərdi? Onda da ermənini indi olduğu kimi gözünün üstündə saxlayardılar? Hansı ki, ermənilər Azərbaycanda bu vəhşilikləri ediblər. Amma biz hələ heç nə edə bilməmişik. Hələ onlar bizə ATƏT-in, AŞPA-nın “nağıllarına” qulaq asdırırlar”.

Partiya sədri Azərbaycan xalqının ona qarşı törədilən qətliamlardan heç vaxt istifadə edə bilmədiyini deyib:

“Bacarığımız olsaydı, ən azından Xocalı soyqırımını dünyaya elə çatdırardıq ki, Eleni kimiləri gəlib bizi vicdansızcasına ittiham etməyə cəsarət tapmazdılar. Bu günə qədər torpaqlarımız işğal altında qalmazdı”.

O, eyni zamanda bu cür halları Azərbaycan xarici diplomatiyasının səriştəsizliyi, Avropa Parlamenti nümayəndələrinin bacarıqsızlığı ilə də əlaqələndirib:

“Təəssüf ki, belə hallara qarşı sərt cavab verən ciddi, cəsarətli diplomatımız yoxdur. Bir tərəfdən Rusiya XİN-i bizi erməniləri Bakıya buraxmadığımıza görə ittiham edir, bir tərəfdən ATƏT, Avropa Şurası  Alxanlıda baş verən faciəyə laqeyd yanaşır, indi də Elena bu cür sərsəm bəyanat verir. Bizə onların ağzından vura biləcək dişli diplomatlar lazımdır”.

MMP sədri bildirib ki, ayağa qalxıb “ilanın başı”nı əzmədikcə, bundan  həvəslənib ağıllarına gələni danışanlar çox olacaq:

“Nə qədər ki, içimizdəki nöqsanlar var, istər ölkə daxilində, istərsə də kənardan zəif görünəcəyik. Ona görə də bütün xalqımızı Prezidentin ətrafında sıx birləşməyə çağırıram”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?