“Nadan cəmiyyəti istənilən gülməli sözlə aldadıb idarə etmək mümkündür” – MÜSAHİBƏ

16:27 18-07-2017 | icon 889 | Siyasət
“Nadan cəmiyyəti istənilən gülməli sözlə aldadıb idarə etmək mümkündür” – MÜSAHİBƏ

“Azərbaycan cəmiyyəti uzun illərdir ki, “şeytan”ın təlimi altındadır”

ADP sədri Sərdar Cəlaloğlunun Versus.Az-a müsahibəsi.

– Sərdar bəy, bugünün ictimai-siyasi mənzərəsinə, siyasi partiyaların, QHT və digər ictimai təşkilatların donuq fəaliyyətinə nəzər salsaq, vaxtilə bu qurumların “arxalandığı” Qərb institutlarının artıqAzərbaycanda istənilən “demokratiyanı” yaratdığını söyləyə bilərikmi?- Qərbdə belə bir fikir var ki, demokratiya xristian mədəniyyətinin məhsuludur. Onlar düşünürlər ki, islamla demokratiya bir araya gələ bilməz. Ona görə də bu gün Türkiyəni Avropa Birliyinə buraxmırlar. Bir balaca inkişaf edib ayağa qalxan müsəlman dövlətlərini blokadaya alırlar. Məsələn, sual olunur: demokratiya istəyən Qərb nəyə görə vaxtında Suriyaya dəstək verib orada demokratik institutları formalaşdırmadı. Niyə bunu İraqda, Pakistanda formalaşdırmadılar. Amma o yerdə ki, müxalifət aktivləşdi əlinə top-tüfəng verib bir-birinə qırdırdılar. Amma kürdlərə elə hərbi maşınlar verirlər ki, qiymətləri milyonlarla ölçülür. Məsələn, PKK-nın əlinə verdikləri silahlar Azərbaycanın ümumi hərbi təhcizatından çoxdur.

“Hansı ölkələrdəki demokratiya yoxdur onlar zəifdir”

Kapitalizm və sosializm cəbhələşməsi aradan qalxandan sonra xristian-islam cəbhələşməsi yaranıb ki, bu da demokratiyanın məhvinə səbəb olur. Qərb xristianlığın üstünlüyünü saxlamaq üçün islam cəbhəsinin demokratikləşməsinə qarşı çıxır. Bu, mədəniyyətlərarası toqquşmada xristianların müsəlmanlara üstünlük təşkil etməsi üçün ən vacib amillərdən biridir.  Hansı ölkələrdə ki, demokratiya yoxdur onlar zəifdir, orda terror, korrupsiya var. Qərb də islam dövlətlərini bu bataqlığa salmaq istəyir. Birincisi, korrupsiyaya məruz qalmış məmurları idarə etmək çox asandır. İkincisi, demokratiya olmayan cəmiyyətdə insanlar nadan olur. Nadan cəmiyyəti istənilən gülməli sözlə aldadıb idarə etmək mümkündür.

– Azərbaycan cəmiyyəti bu siyasətə qarşı necə dayanır, yaxud televiziyaların təbliğati fəaliyyətini neçə təhlil edib, nə ilə müqayisə etmək olar?

– Fikir verin, Azərbaycan televiziyalarını uzun müddət ekstrasenslər, falçılar zəbt etdi və efirdə astroloji proqnozlar yer aldı. Dini islam olan ölkədə televiziyalarda astroloji proqnozların verilməsi bilirsiz nə deməkdir?Təbii ki, bunlar Qurani Kərimdə Allahın haqqına zidd olan şeylərdir. Bu da onu göstərir ki, Azərbaycan cəmiyyəti uzun illərdir ki, “şeytan”ın təlimi altındadır. Quranda da yazılır ki, “siz yağış yağanda deyirsizsə ki, onu yağdıran ulduzlardır, demək şeytanın şərinə uyursuz. Desəz ki, yağışı Allah yağdırır onda haqq yoldasız”. Yaxud, əgər mənim ağlım yoxdursa, xuliqanlıq edib türməyə düşəcəyəmsə göydəki planetlərin nə günahı var. Azərbaycan cəmiyyətində bu təbliğat aparılıb və bu da təsadüfi deyil.

“Azərbaycan televiziyasına “qoluboylar, fahişələr çıxır”

Vaxtilə televizorda tez-tez görünən Əli Mirəliyev var idi, o həmişə deyirdi ki, Azərbaycan televiziyasına daha çox qaluboylar, fahişələr çıxır. Həmin vaxt onu qəribə qarşılasaq da, indi onun dediyinə haqq qazandırıram. Doğrudan da Azərbaycan televiziyalarında xalqın mənəvi  əxlaqi dəyərlərini məhv etmək istiqamətində aşırı siyasət aparılır. Vaxtilə Makvelli də deyirdi ki, bir xalqı məhv etmək istəyirsənsə o xalqın adət və əxlaqını dəyişdir.

Bir vaxtlar bir adam başqasının bacısının adını çəkəndə onu öldürərdilər. İndi isə məlum olur ki, Tərtərdə ermənilərlə əməkdaşlıq edənlərdən biri ermənini gətirib evinə bacısı ilə görüşdürüb. Millət nə dərəcədə deformasiya olmalıdır ki, bacısı ilə düşmənini öz evində görüşdürə bilsin. Bu yaxınlarda bir qadın 3 uşağı ilə bir subay oğlanla qarajda yaşayıblar sonra ikisi də qazdan boğulub ölüblər. Belə faktlar geniş yayılıb…

Sual yaranır: belə hallar təsadüfən ortaya çıxır, yoxsa arxada işləyən qüvvələrin işidir. Azərbaycana gətirilən qida və dərmanların təhlükəsizliyi məsələsini dəfələrlə qaldırmışıq. Tam məsuliyyətimlə deyirm ki, Azərbaycana gətirilən məhsulların 99 faizi Azərbaycan xalqının xarakterinə, psixologiyasına, əxlaqına mənfi təsir göstərmək üçün xüsusi hazırlanmış məhsullardır. İndi yediyin alma, əslinə baxsan qurbağa ilə almanın qarışığıdır və yaxud kərtənkələ ilə armudun qarışığından yeni armud növü yaradıblar. Bu cür geni dəyişmiş məhsullardan istifadə edərkən insan kimi xarakteriniz dəyişməyə başlayr. Onu da bildikləri kimi istiqamətləndirirlər. Məsələn, bəzi xalqlara bir məhsulu, bəzilərinə isə başqa məhsulları göndərirlər. Azərbaycan xalqı 4-5 istiqamətdən Qərb dairələri tərəfindən ekspriment siçanına çevrilib. Ölkədə bu qədər acınacaqlı vəziyyət ola-ola dünyanın heç bir xalqında bu cür davranış yoxdur. Görün burda Dağlıq Qarabağ məsələsində ermənilərlə azərbaycanlıların mövqeyi necə fərqlənir. Ermənistandan gəlib Xankəndində tədbir keçirirlər, azərbaycanlılar isə həmin vaxt işğal olunmuş ərazilərinə arxa çevirib Bakının mərkəzində maşın yarışına baxırlar. Bu da ondan irəli gəlir ki, bizi idarə edirlər.

“Bizdə nə milli keyfiyyət qalıb, nə demokratik düşüncə, nə də insanlıq dəyərləri…”

– Sərdar bəy, sözlərinizdən belə bir təsəvvür yaranır ki, millət zombiləşib və onun düşünmək, etiraz etmək, milli hüquq və azadlıqlarını qorumaq iqtidarı əlindən alınıb, ailəsini, dövlətini qorumaq instinqtini də itirib. Bəs, görəsən son vaxtlar insanlarımızda əsas xarakterə çevrilən “burda mənəm, bağdadda kor xəlifə” iddiasının artması niyə yaddan çıxarılmayıb?

– Siyasi fəlsəfədə dövlət ailənin prototipi hesab olunur. Bir neçə ailə tipi var. Məsələn, kapitalist ölkələrində qadın-kişi münasibəti, kapitalist-qadın münasibətidir. Neçə ki, kapitalist fəhləni istismar edir, kapitalist ailəsində də kişi qadını istismar edir. Dövlətin xarakteri ailəyə keçir. Bizdə də eynilə. Məsələn, dövlətdə korrupsiya, ailədə ər-qadın arasında baş verən oğurluq, yaxud qadının başqa kişini evinə buraxmasına bənzəyir. Axı bu dövlət bizdən, bizim kimliyimiz və ailələrimizin qurluşundan əmələ gəlir. Gəlin bugünkü Bakı küçələrinin ən görkəmli yerlərdə yerləşən massaj salonlarına və orada çalışanların nə işlə məşğul olduqlarına baxaq. Orda işləyən qadın kimdir, təbii ki, kiminsə anası, bacısı. arvadıdır. Bizim kişilər isə elə başa düşürlər ki, bunlar hansısa ayrı xəttlə gəlir. Yaxud, kişiyə elə gəlir ki, kənarda birini saxlayırsa, bir qıza sataşırsa gedib namuslu qız ala biləcək. Daha başa düşmür ki, özü alacağı qızla da o biri gəzir. Bu insanlar dərk edə bilmirlər ki, axı o qızlar da bir ailədən çıxıb. Hətta bir ara Milli Məclisdə fahişəxanaların leqallaşdırılması fikri ortaya atılmışdı. Mən dedim ki, o zaman oranın birinci xidmətçilərinin kim olacağını da müəyyənləşdirsinlər.

Bu baxımdan Azərbaycanda vəziyyət bizim düşündüyümüzdən də ağırdır. Bu gün Azərbaycan cəmiyyəti boşluqdadır. Bizdə nə milli keyfiyyət qalıb, nə demokratik düşüncə, nə də insanlıq dəyərləri… Bizdə bir nihilizm yaranıb. Yəni köhnə fikir gedib, yenisi yaranmayıb və boşluğa düşüb.

Bu gün Məscidə gedən insanın da dinə yanaşması ilə inancı arasında heç bir əlaqə yoxdur. Yaxud, Azərbaycan xalqının türkçülük kökünə baxırsan və görürsən ki, bu günlə heç bir əlaqəsi yoxdur.

“Adını yaza bilməyən gədənin birinə desələr ki, səni prezident qoyaq...”

– Niyə bugün etiraz hissini yarada biləcək sadaladığınız “münbit” şəraitin yarandığı bir vəziyyətdə kütləni demirəm, özünü ziyalı kimi önə çəkənlər və özünü ağıllı hesab edənlər susur?

– Bizdə cəmiyyətin inkişafı onun dibindən başlayır. Cəmiyyətdə o qədər cəhalət var ki, bu qədər problemin içində ola-ola onda heç bir etiraz hissi yaranmır. Amerikadakı aşağı təbəqədəki oğurluq edən, adam öldürənlə bizim yuxarı təbəqədəki akademikin şüurunu müqayisə edəndə bizimki ilə eynidir.

Digər tərəfdən, bir suyun qaynamasının qarşısını necə almaq olar. Tez-tez qapağı götürərsiz, buxar çıxar və qaynama geçikər. Azərbaycanda 10 milyonluq əhalinin az qala 7 milyon məhsuldar hissəsi ölkəni tərk edib. Bu gün Avropanın bir çox ölkələrində bizdən gedən çox ağıllı azərbaycanlılar var. Amma onlar başqa bir cəmiyyətin inkişafında iştirak edirlər. Bu gün Rusiyada 3 milyon azərbaycanlı var. Əgər onun 5 faizi ziyalıdırsa, bu da o deməkdir ki, onlar rus mədəniyyətinə xidmət edir və özlərini azərbaycanlı saymırlar. O vaxt Zeynalabdin Tağıyev, Sabir. Zərdabi, Üzeyir Hacıbəyov kimi ziyalılar var idi. Məsələn, Ü.Hacıbəyovu Zeynalabdin öz pulu ilə oxutmuşdu. Üzeyir Hacıbəyov da neçə gəncin təhsil almasına yardım etmişdi. Amma indi nə Zeynalabdinlər var, nə də Üzeyir Hacıbəyovlar.

Analogiya ilə heç nəyi həll etmək olmaz. Paradiqmalar dəyişdiyinə görə nəticələr də dəyişə bilər. Məsələn, əvvəlki azərbaycanlı ilə indikilər arasında heç bir əlaqə yoxdur. Biz XIX əsrdə yaşayan azərbaycanlılara yad adamlarıq. Tez-tez Məhəmməd Əmin Rəsulzadəni, onun qurduğu hökumətdə olan nazirləri misal çəkirik. O nazirlər ki. Dövlətin qurulması üçün öz pullarını xərcləyirdilər. İndiki nazirlər isə dövlət büdcəsini oğarayib ciblərinə qoyurlar. Bu nazirlərlə Nəsib bəy Yusifbəyovun eyni millətdən olduğunu necə iddia etmək olar. Zeynalabdin Tağıyev Azərbaycan milli ordusunun, Nazirlər kabinetinin pulunu verib. O vaxt ona vəzifə təklif ediblər amma savadı olmadığını deyib qəbul etməyib. Amma indi adını yaza bilməyən gədənin birinə desələr ki, səni prezident qoyaq, deyəcək razıyam. Biz nə Qacarın, nə Nadirin, nə də Şah İsmayılın mənəvi dəyərlərini daşımırıq. İndi ona görə bizə yaddırlar, yerindən qalxan tarixi qamçılayır. Məsələn, Üzeyir Hacıbəyov bizə yaddır. Səməd Vurğun da həmçinin. Niyə? Çünki onlar öz ciblərindən yüzlərlə tələbəyə təqaüd veriblər. Bizim indiki alimlər isə tələbəni soymaqla məşğuldurlar.

“Hacı Əbdül mənim üçün deyir ki, o, mürtətdir”

– Bir qədər öncə bu gün dünyada dini cəbhələşmənin öndə getdiyini qeyd etdiniz və müəyyən məqamlara toxundunuz. Sizcə bizdə dinə yanaşma necədir?

– Niyə bu gün heç olmasa bir xristian ökəsi dağılmır, dağılanlar hamısı müsəlman ölkələridir. Bunu dərk eləmək lazımıdır və mən bu gün Quranı araşdırmaqla bu məsələləri ortaya qoymağa çalışıram.

Məsələn, Hacı Əbdül mənim üçün deyir ki, o, mürtətdir, münafiqdir, gah deyir vəhabidir. Baxın, bu, təhsili olmayan bir adamdır. Qurandan xəbəri yoxdur. Mən də qurandan 40 cilddən ibarət şərh yazan bir adamam. Özüm də öz biliyimi sübut etmək üçün “Nobel”ə qədər gedib çıxmışam. Hacı Əbdülə demək istəyirəm ki, mən adi adam deyiləm və sən bu quranı yanlış icra edirsən. Bu adam əlinə bir çubuq alıb insana tövbə elətdirirdi. Halbuki tövbə Allahın adıdır. Allahtəala deyir ki, yalnız mənə tövbə elə. Sən də qamçı götürürsən ki, gəl sənin tövbəni qəbul edim. Demək sən özünü Allah sayırsan da. Allahın adından tövbəni qəbul edən bu adama deyirəm ki, qardaşım, Allahdan başqa heç kimə inanmaq olmaz. Qurandan başqa heç bir kitaba istinad eləməyin, deyir ki, bu münafiqdir. Mən Quranı müdafiə etdiyimə görə olmuşam münafiq, bu isə Allaha şərik olub tövbə qəbul etdiyinə görə olub din xadimi. Bu bizim faciəmizdir. Mollaların hamısı belədir. Bizdə islam aşağı təbəqənin savadsız adamların dininə çevrilib. Niyə amerikada prezident xaç çəkir, niyə Türkiyədə Tayib Ərdoğan, deputatlar hər gün namaza gedir, amma sənin deputatın, nazirin bunu etmir. Əksinə, bizim nazirlər deyir ki, azanın səsini kəsin yataq. Burda iki məsələ var: ya bu din doğrudan da boş şeydir ki, ziyalı bunu qəbul etmir, ya da ziyalının onu düzgün dərk eləməsinə imkan verilmir. Başa sala bilmirsən ki, islam dini ancaq kasıbların deyil.

T.Qafarlı

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?