Anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qərəzli kampaniyası

21:31 13-05-2019 | icon 62 | Geopolitika
Anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qərəzli kampaniyası

Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr futbol üzrə Avroliqanın final oyununun keçirilməsinə az vaxt qalmış ədalətsiz və qeyri-obyektiv şəkildə ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə başlayıblar. Biz anti-azərbaycançı mərkəzlər tərəfindən həyata keçirilən bu cür çirkin kampaniyaların əvvəllər də şahidi olmuşuq.

 

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Deputat bildirib ki, xaricdəki bəzi dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar:

“Nə zaman Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan tədbirlərə ev sahibliyi edir, bu qərəzli dairələr dərhal fəallaşmağa başlayırlar. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək. İdmanı belə ucuz siyasi oyunlara alət etmək cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir”.

S.Qafarova vurğulayıb ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi qəbul olunur: "Ölkəmizdə hər bir vətəndaşın, o cümlədən Azərbaycana gələn turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, beynəlxalq miqyaslı idman yarışlarına uğurla ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, hər il keçirilən Formula 1 Bakı Qran Prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarını qeyd edə bilərik. Yeri gəlmişkən, elə UEFA və FIFA bayrağı altında keçirilən görüşlərin də yüksək səviyyədə baş tutduğunu xatırlatmalıyıq. Məlumdur ki, bu günə qədər Bakı istər futbol üzrə dünya və Avropa çempionatlarının seçmə mərhələdəki görüşlərinə, istərsə də UEFA Çempionlar Liqası və Avroliqanın qrup mərhələsindəki oyunlarına ev sahibliyi edib və bu zaman təşkilatçılıq baxımından paytaxtımız heç də Avropanın digər şəhərlərindən geri qalmayıb. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbilər Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və bu kimi böyükmiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar".

 

Deputatın sözlərinə görə, Azərbaycan, həmçinin turizm ölkəsi kimi dünyada nüfuz qazanmağa başlayıb. Bu da təbiidir. Çünki ölkəmizdə turizmin yüksək inkişafına nail olmaq üçün hər cür şərait yaradılıb: “Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılıb. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri ön planda dayanır. Azərbaycan isə dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Sabitliyə və cinayətkarlığın aşağı səviyyəsinə görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur. Xatırladım ki, dünyada kriminal vəziyyətə dair statistikanı araşdıran Numbeo xidməti tərəfindən hazırlanan hesabatda Bakı 2018-ci ilin ən təhlükəsiz 50 şəhəri sırasında yer alıb. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlərdir və ölkəmizə turist axınını təmin edir. Təkcə ötən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlib. Əlbəttə ki, bu, Azərbaycanın turizm imkanlarına, ölkəmizdəki mövcud ictimai-siyasi sabitlik, təhlükəsizlik mühitinə olan inamın göstəricisidir. Bu gün Azərbaycan turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq edir və hətta deyərdim ki, dünyada ən sadə viza rejimlərindən biri məhz ölkəmizdə tətbiq olunur. Ölkəmizdə otel qiymətləri bir çox Avropa dövlətlərindən qat-qat ucuz və sərfəlidir, nəqliyyat xərcləri də eyni qaydada. Bütün bunlar isə bir daha Bakının final oyununa ev sahibliyi etməsinin nə dərəcədə yerində olmasını təsdiq edən faktlardır”.

Sahibə Qafarova deyib ki, xarici anti-Azərbaycan dairələrin ölkəmizə qarşı bu qərəzli kampaniyası da heç bir nəticə verməyəcək: “Böyük Britaniya Xarici İşlər Nazirliyi və bu mövzuda qərəzli açıqlama verən, idman hadisəsini siyasiləşdirərək Azərbaycan haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa və yanlış yönləndirməyə xidmət edən fikirlər səsləndirən qurum və şəxslərə ən gözəl cavabı yenə də Azərbaycan xalqı verəcək. Bakıda Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı