Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı
O, Azərbaycana üç qızılla qayıdıb
İştirak etdiyi yarışlardan hər dəfə qalib olaraq vətənə qayıdan məşhur paralimpiyaçımız Gündüz İsmayılov Sankt-Peterburqda növbəti dəfə qalib olub.
Versus.Az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa çempionatında sağlam idmançılarla yarışan yeganə paralimpiyaçımız üç dəfə fəxri kürsüyə yüksəlib.
Hər dəfə bayrağımızı yüksəltməyi bacaran G.İsmayılov fiziki məhdudiyyətli olmasına baxmayaraq, bununla 4-cü dəfə sağlam idmançılarla yarışda iştirak edib və yeni rekorda imza atmağı bacarıb. Nəticədə G.İsmayılov mütləq çempion adını qazanaraq ölkəyə qələbə ilə dönüb.
Versus.Az
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”