Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik"- REPORTAJ

15:50 20-05-2019 | icon 2127 | Şəhidlər və şahidlər
Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik"- REPORTAJ

“Gün o gün olsun ki, reportajlarınızı Laçın dağlarında aparıb, qalib əsgərlərlə söhbət edəsiniz”

 

Mayın 18-i, 2019-cu il, saat 9:00... Versus.Az Şəhidlər Xiyabanındadır. Xiyaban öz hüznü, sakitliyi, küskünlüyü ilə qarşılayır bizi... Qəbirlərin kənarlarında əkilmiş qızıl güllər orda bir gülüstan yaradıb. Ətir saçan çiçəklər sanki Şəhidlərin yerinin cənnətdə olduğunu bizə işarə edir... Onlar Şəhidlik zirvəzindədir... O zaman bu nə nigarançılıq, bu nə inciklik...  27 ildir torpağı işğalda olan insanın Şəhidlər Xiyabanına gələndə özünü ölü hiss etməsi də heç də təsadüfi yaranan hiss deyil...

 

Mayın 1-də də 27 ildir ki, bu düşüncələrlə ürəkləri qan ağlayan qazilər, Şəhidlər Xiyabanına məhz öz dostlarından üzürxahlıq etməyə və torpaqları işğaldan azad etməyə hazır olduqlarını söyləməyə, üzr diləməyə, and içməyə gəlmişdilər...

Qazilər deyirlər ki, xiyabanda açan o yaz gülləri bu yeri cənnət kimi göstərsə də, onların cənnəti deyil, o vaxta qədər ki, torpaqlar işğal altındadır, o vaxta qədər ki, əsir düşən qız-gəlinlərin qisası alınmayıb, o vaxta qədər ki, Xocalının, Laçının qanı alınmayıb...

 

Bizlər də bir anlıq Şəhidlər Xiyabanının küskün sakitliyinə şahid olduq və susduq... Əslində özümüzdən küsdük...

Dəstə-dəstə Xiyabana gələn köhnə döyüşçülərin - qazilərin qəzəb, təəssüf hissi ilə dolu baxışları, o soyuq məzar daşları ilə etdikləri söhbətlər, torpağı işğal altında olan qeyrətli igid oğulların, döyüşünün qisas almaq əzminin danışıqlarla susdurulması nigarançılığının təzahürü kimi dinmək bilmir...

 

Budur, qazilər, məktəblilər, laçınlılar dəstə-dəstə xiyabanın qarşısına axışırlar. Qazilərin bəziləri əsa ilə, bəziləri də kimlərinsə qolundan tutaraq gəlirlər Xiyabana... Xiyaban onları döyüşə hazırlaşan əsgərin bir and yeri kimi qarşılayır...

 

Reportajımızı 18 may tarixində Şəhidlər Xiyabanında başladıq. Bu gün isə qazilərin öz söhbətləri, sözləri ilə davam edirik... 

 

...Hələ saat 9:30-dur və Xiyabanı ziyarət edəndən sonra, üzü Şəhidlərə doğru dayanıb dərin fikrə dalan, ziyarətə gələcək dostlarını gözləyən Qaziyə yaxınlaşıram. Məlum olur ki, o, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri İzzət Şirinovdur. Ondan Şəhidlər Xiyabanında bu anlar keçirdiyi hissləri soruşmaqla sanki, yarasının qaysağını qopardım: 

 

“Kaş Şəhid olaydım, bu günü görməyəydim”

 

“Biz birinci Qarabağ müharibəsi iştirakçıları, əlilləri üçün rayonların işğal günlərini yad eləmək ölümdən betərdir. Bəzən düşünürəm ki, bu millətin cismi gəzir, amma nəfəsi yoxdur. Biz, keçmiş döyüşçülər bu dəqiqə o vəziyyətdəyik. Demək olar ki, bir ruh kimi gəzirik. Allah bizə bu günləri yaşamağı nəsib elədi, heç kəsə göstərməsin. Biz o vaxt könüllü kimi döyüşlərə qatılmışdıq. Canını vətən üçün fəda edən oğullar, bu gün Laçınsız, Şuşasız, Kəlbəcərsiz, Qubadlısız, Cəbrayılsız, Zəngilansız, Ağdamsız, Ağdərəsiz qalıb, yalnız işğal günlərini qeyd edirlər. Bunu yaşamaq bizə ölümdən betərdir...

İnşallah, Ali Baş Komandanın əmri olsun biz şərəflə, döyüşə-döyüşə torpaqlarımızı azad edək və gedib orada bayrağımızı şərəflə dalğalandıraq. Allah nəsib eləsin ki, bu tarix həm də Qələbə günümüz olsun!"

 

Qazimiz bir döyüşçü üçün Şəhidlər Xiyabanına işğal günündə gəlib, o anları təkrar yaşamağın daha ağır olduğunu dedi:

 

“Mənim gözümün biri yoxdur. Və bu gün deyirəm ki, kaş Şəhid olaydım, bu günü görməyəydim. Bu  gün Qarabağ qazisi kimi xoş olmayan hallarla rastlaşırıq, elə məmurlar arasında da müəyyən söhbətlər olur. Deyirlər ki, “qırmızı alma göndərməmişdim ha, getməyəydin. Bunlara sözüm yoxdur... Həmin vaxt, 1988-ci ildə mən Bakı Dövlət Universitetinin tələbəsi idim. O vaxt meydanlarda olurduq və 1991-ci ilə özünümüdafiə batalyonun yaranmasında iştirak etdim. Düz 1994-cü ilin atəşkəsinə qədər döyüşdüm... dəfələrlə yaralandım, yenə döyüş bölgəsinə getdim. Alnıma Şəhid olmaq yazılmadı”.

 

“27 ildir hər gün eyni mənəvi sarsıntını yaşayırıq”

 

Növbəti müsahibim, Şəhidləri ziyarətə gələn laçınlı Tural Məmmədov oldu. Tural deyir ki, Laçın işğal olunanda hələ 6 yaşı olub. Amma öz yaşına uyğun müəyyən xatirələri var:

 

“Təəssüf edirik ki, 27 il keçməsinə baxmayaraq biz hələ də Laçın rayonunun ermənilər tərəfindən işğal olunduğu günü qeyd edirik. Təbii ki, bu Laçının gənc nəslin yadından çıxmaması üçün bir təbliğat vasitəsidir. Ancaq çox təəssüf ki, biz 27 ildir hər gün eyni mənəvi sarsıntını yaşayırıq. Arzu edirəm ki, bu il sonuncu olsun. Biz rayonlarımızın işğal tarixini yox, rayonlarımızın işğaldan azad olunma tarixlərini yaşayaq. 

Bu gün mətbutdan da görürük ki, Paşinyan kimi milli tarixi  bilinməyən, tarixi kökü olmayan torpaqlarımızda özünə dövlət yaratmış və tarixən də bizim torpaqlarımıza əl qoyub işğal etmiş bir qurumun rəhbəri Şuşada yallı oynayır. Bu bizə  başucalığı gətirmir. Ümid edirik ki, cənab Prezidentin rəhbərliyi ilə paşinyanları məğlub edib o tarpaqlarımıza qayıdacağıq”.

 

Bir-bir Şəhidləri ziyarətə gələn qazilərə yaxınlaşıram...

Laçın rayonundan olan, özünün dediyi kimi köhnə döyüşçü Kamiz Abbasov Xiyabana qəhrəman döyüşçü yoldaşları ilə gəldiyini deyir:

“Biz bu gün də o torpaqlar uğrunda döyüşməyə hazırıq. O köhnə döyüşçülərlə haranı desəniz, hansı kəndi desəniz erməni işğalından azad etməyə qadirik. Özü də çox asanlıqla. Çünki onlar döyüş yolu keçmiş təcrübəli veteranlar, qəhrəmanlarıdr”.

 

“Biz hazırıq döyüşlərə, komanda gözləyirik”

 

Laçının İmişli kəndindən olduğunu deyən köhnə döyüşçü Ədalət Əliyev, Laçının Quşçu kəndindən olan Əsgər Qəmbərov dedilər ki, 1993-cü ildə 713-714 saylı hərbi batalyonda döyüşüblər. Şəhidlər Xiyabanına döyüş yoldaşları ilə gəlib, qəhrəman döyüş yoldaşıarını ziyarət etmək, onlara bir daha söz vermək istəyirlər ki, döyüşməyə hazırdırlar: “Komanda gözləyirik, əmr verilsin, torpaqlarımızı işğaldan azad edəcəyik”.

 

Laçın Şəhərindən olan Əhliyət Süleymanov 811-ci bölükdə rota komandiri olub. Deyir ki, bir qədər kənarda dayanan “uşaqlar” (kənarda dövrə qurub söhbət edən qaziləri göstərir) saldatlarım olublar. Deyir ki, jurnalist Çingiz Mustafayevin Laçınla bağlı apardığı son çəkilişlərdə görünən əsgərlər onun rotasından olan uşaqlarıdır. Orda Çingiz danışır, çəkilib kənara deyir ki, “bu gün saat 11, hələ indiyə qədər bir dənə güllə atlmayıb”. Kadırlar var...

 

“Bu yaşda olsaq da, qayıdaq torpaqlarımızı müharibə yolu ilə azad edək”

 

Şəhidləri ziyarətə gələnlərin sırasında 701-ci hərbi briqadanın 713 saylı batalyonun 2-ci rotada bölmə komandiri Xasay Əliyev də var. Laçın uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini deyən Xasay, o döyüşlərdə çox qəhrəmanlıqlar etdiklərini dedi:

 

“Orda qərəmanlıqlarımız da olub, itkilərimiz də. Bizim Şəhidlər Xiyabanında bizə yaxın olan qardaşlarımız, sinif yoldaşlarımız, əsgər yoldaşlarımız, əllilərimiz var. Tay-tuşlarımız burda, Şəhidlər Xiyabanında yatırlar.

Onlara baxıram, deyirəm ki, mən qocalmışam, amma siz həmin yaşdasınız... Bir az da onlara xainliyim tutur ki, onlar şəhid oldu, amma biz heç bir iş görə bilmədik. Bir zamanlar onların qəbrinin yanından deyəcəklər ki, “cavan oğlandır, heyıf rəhmətə gedb”. Bizim qəbrimizə baxnda, görəcəklər ki, 80 yaşında bir kişidir, deyəcəklər, əşşi qoca kişidir də ölüb gedib... Bizim sağ qalmağımızın heç bir mənası yoxdur. Biz qalsaq da, heç bir şey eləməmişik. Amma Şəhidlər zirvədədir. Hamımız istəyirik ki, bu yaşda olsaq da qayıdaq torpaqlarımızı müharibə yolu ilə azad edək. Torpaqların azadlığı ancaq müharibə yolu ilə mümkündür”.

 

Laçın rayonunun Alxaslı kəndindən olan Sənan Məmmədov deyir ki, orta məktəbi bitirəndən sonra hərbi xidmətə Çexslovakiyaya gedib, orada artilleriyada xidmət edib, tank komandiri olub. 90-cı ildə 20 yanvar hadisələrində Azərbaycana qayıdıb. 90-cı ildən torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Könüllü dəstələrdə, sonra hərbi polisə keçib. Polis rəisi Akif Səlimovla bir yerdə Laçında, Kəlbəcərdə, Füzuli rayonunun Cocuqmərcanlı kəndində, Kənd Horadizdə, Lələtəpə postlarında ağır döyüşlərdə iştirak edib:

 

“Bu gün mənim burda əzizlərim yatır. Mənim bir qardaşım 1992-ci ilin oktyabr ayının 11-də Laçında şəhid olub. Hamısı mənim üçün doğmadır. Mən millətimi sevmişəm, indi də sevirəm. O vaxt bir cavan kimi, bu gün orta yaşlı şəxs kimi. Bu gün şəhidlərimizə deyirəm ki, biz laçınlılar bu döyüşçülərlə birlikdə torpaqlarımızı azad eliyəcəyik. O zaman şəhidlərimizin ruhu rahat olacaq. Onda biz də rahat olacağıq. Ola bilər yaşayacağıq, ola bilər döyüşlərdə şəhid olacağıq. Qurani Kərimdə göstərilir ki, İmam Hüseyn Allah yolunda şəhid oldu. Allah təala buyurdu ki, 124 min peyğəmbər cənnətdə Şəhidlərin pişvazına çıxacaq. Bizim şəhid olan oğlanlarımız  da İmam Hüseyn zirvəsindədir”.

 

“Şəhidlərin ziyarətinə utana-utana, qısıla-qısıla gəlirik“

 

Ehtiyatda olan zabit, 2-ci qup müharibə əlili, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev ki, 18 may tarixini qara günlərimizdən, başımızı yerə soxan günlərimizdən biri kimi qeyd etdi:

 

“Bu gün də Şəhidlərin ziyarətinə utana-utana qısıla-qısıla gəlirik. Gün o gün olsun ki, döyüş yolu ilə torpaqlarımızı işğaldan azad edək. Buna Azərbaycanın qüdrəti çatır. Köhnə döyüşçülər burdadı, biz döyüşə hazırıq. Cənab Prezdentin əmrinə müntəzirik, onun sadiq əsgərləriyik. Biz bu günlər deməyə söz tapmırıq. Xəcalət hissi keçiririk, nə qədər dözmək olar, bezmişik. Bizim gücümüz, qüdrətimiz, enrjimiz var. Biz ancaq müharibə yolu ilə torpqlarımızı azad edə bilərik. Müharibə istəmək, kimlərəsə qəribə görünə bilər. Amma nə edək ki, mənfur qonşularmız bizə başqa yol qoymur. Erməni xislətini bilənlər bunun bir yolunu görür, bu da “ən yaxşı erməni ölü ermənidir. Onların başı əzilməsə rahatlanan deyillər, torpaqlardan əl çəkən deyillər.  Bunlar gəlmə olsalar da, artıq bizi gəlmə düzəldirlər. Bunları öz dillərində başa salmaq lazımdır. Şəhidlər bizləri bağışlasınlar ki, hələ ki, kişiliyimiz çatıb o torpaqları azad edə bilməmişik. Bunun da obyektiv, subyektiv səbəbləri var. Burda döyüşçülərin günahı yoxdur. Yəqin ki, tezliklə bura ürəklə gələcəyik, torpaqlarımızı azad edərək. Gün o gün olsun ki, reportajlarınızı Laçın dağlarında aparıb, qalib əsgərlərlə söhbət edəsiniz.

 

 

“İşğal olunmuş əraziləri azad eləsək, bəlkə də Şəhidlərin ruhu bizi bağışlayar”

 

 

713-cü batalyonu, 3-cü rotanın sıravi əsgəri Rafiq Şükürov deyir ki, 27 ildən sonra batalyon uşaqlarını bir yerə yığmaq qərarına:

 

“Bu gün şükürlər olsun ki, sıralarımıza 100 nəfər yığılıb. Bu gün məqsədimiz odur ki, Prezidentimizi dəstəkləməklə Ali baş komandanın əmrini gözləyək. Nə vaxt əmr versə, biz sıravi əsgər kimi vətən uğrunda döyüşə hazırıq.

Döyüşçülər Şəhidlər xiyabanına bir amalla gəlir. Şəhidlərin qanı yerdə qalmamalıdır. Biz özümüzü onlara borclu sayırıq. İşğal olunmuş əraziləri azad eləsək, bəlkə də Şəhidlərin ruhu bizdən inciməz. Hazırda onlar bizdən inciyir. Çünki torpaq tapdaq altındadır”.

 

“Neçə ki, torpaqlarımız azad olunmayıb, şəhidlərimizin ruhu şad olmayacaq”

 

713-cü batalyonda sıravi əsgər-könüllü olan Şaməddin İsmayılov Laçın rayonunun İmişli kəndindəndir. Deyir ki, Şəhidlər Xiyabanına çox gəlir:

 

“Adam burda daxilən çox sarsıntılar keçirir. Torpaqlarımız azad olunmayınca şəhidlərimizin ruhu şad olmayacaq. O vaxt şad olacaqlar ki, torpaqlarımız geri qayıdacaq. Torpaqları işğaldan azad etməkdən başqa heç nə düşünmürəm”.

 

Qazi Xəyyam Kərimov deyir ki, 1992-ci ildə Laçında könüllülərdən ibarət dəstədə döyüşüb:

"27 il keçib, hələ də torpaqlar geri qayıtmır. Laçın alınmaz qala idi. Niyə alındı, bu suala cavab verə bilmirəm. Rafiq müəllim elə söz dedi ki, bu sözün qarşısında acizəm. Torpqlarımız xəyanətin qurbanı oldu. Arzumuz budur ki, torpaqlar azad olunsun”.

 

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sosial məsələlər üzrə şöbə müdiri Akif Abbasov ayağının birini müharibədə itirib. Deyir ki, yaralanıb, sonra qanqrena nəticəsində kəsilib. Ayağının birinin olmamasına baxmayaraq yenə də döyüşməyə hazırdır:

“Cəmiyyətin 64 min üzvü var. Əgər cənab Prezident döyüş əmri verərsə, hamı döyüşməyə hazırdır. Ayağımın birinin olmamağına baxmayaraq, əlimdə silah tutmağa hazıram. Ən azı 20-30 erməni öldürüb sonra ölsəm dərdim olmaz. Düzdür, biz qan tökmək istəmirik. Amma bu cavanların gələcəyi üçün döyüşməliyik, bu müsibəti onlara qoymamalıyıq. Bu müharibə bizim dövrdə başlayıb, biz də həll etməliyik. Torpaqlarımızı sülhlə ala bilməsək, mütləq müharibə ilə alacağıq. Gördünüz aprel döyüşlərində nə qədər torpaq geri qaytardıq. Deməli, biz buna qadirik. Sülh danışıqları istəyən beynəlxalq təşkilatlara da Prezdentimiz özü cavab verəcək”.

 

“Hər il yalançı gül-çiçəklə gəlirik, hələ də qələbə müjdəsi ilə gələ bilmirik”

 

Qazilər Xiyabanı dolaşaraq burada dəfn olunan dostlarının məzarları başında xatirələrini bölüşürdülər. Budur, şəhid Bəhman Səfərəliyevin məzarı... Qazi Məzahir Qəhrəmanov danışır, 713-cü batalyonda çox qəhrəmanlıqlardan bəhs edir. Deyir ki, Bəhman kəndlərinin ilk şəhidi, ilk qəhrəmanı olub. Ağdərə əməliyyatında ilk qələbəni bu kişi ilə birlikdə əldə ediblər: "Ondan sonra bu yoldaşlar da (məzarın ətrafına toplaşan qaziləri göstərir) dalımızca gəldi, kəndlər azad olundu..."

 

Qazi Azər Paşayev danışır:

“O, maşınla döyüş ərazisinə sursat gətirib, oradan yaralıları çıxarmaqla məşğul idi. 3-4 dəfə döyüşə girib çıxandan sonra, axırıncı girişdə ermənilərin onun yolunda quraşdırdığı tank minasına düşdü. Ayağının birini sonra orda tapdıq. Övladları ilə burda əlaqə saxlayırıq. Amma çox təəssüf ki, hər il biz onun yanına əliboş gəlirik. Hər il yalançı gül-çiçklə gəlirik. Hələ də qələbə müjdəsi ilə gələ bilmirik".

 

Qazi Sənan Məmmədov məzar başında ürək yanğısı ilə bunları dedi:

“Torpaqları ağrı-acı ilə itirdik. Amma Allah bizə qismt eləsin ki, belə oğlanlarla bahəm gedib o torpaqları azad edək, bütün şəhid qardaşlarımızın ruhu bu minnətdən azad olsun. Bu diliqısalıqdan, başı aşağılıqdan qurtaraq. Ali Baş Komandamızın əmri, müdafiə naziri Zakir Həsənovun rəhbərliyi, ordunun gücü ilə torpaqlarımızı kafirlərin əlindən azad edək”.

 

O, heç bir millətdə ermənidə gördüyü pisliyi, kini, küdurəti, alçaqlığı, şərəfsizliyi görmədiyini dedi:

“1992-ci ildə ermənilər bizim Xocalı boyda şəhərimizi şəhid elədilər. Mən ermənilərin törətdiyi cinayətləri heç bir müharibədə görməmişəm. Hitler kimi dünyanı dağıdan bir faşist sərkərdə belə erməninin törətdiyini törətmədi. Qıza, gəlinə, hamilə qadına süngü salmadı. Ermənilər belə kafirdilər. Göydə Allah, Həzrəti Əlinin qılıncı, döyüşçülərimizin şücayəti ilə torpaqlarımızı azad edəcəyik. Heç kəs düşünməsin ki, biz torpaqlarımızı eməniyə bağışlayacağıq. Xeyir! Biz torpaqlarımızı silah yolu ilə azad edəcəyik. Qoy  bunu hamı bilsin”.

 

Sonra döyüşçülər Şəhid Xasay Quliyevin məzarına baş çəkdilər:

“Qardaşımız döyüşkən oğlan idi. Torpaqların azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 713-cü batalyonun döyüşçüləri hamısı igid idi. Şəhidlərimiz var ki, o yerlərdə itkin qoymuşuq. Hər bura gələndə biz bizdən asılı olmayan səbəblərə görə utanırıq. Şəhidlərin qanını ala bilməmişik. O vaxt biz açıq alınla, açıq ürəklə gəlib Şəhidlərin qəbrini ziyarət edəcəyik ki, bura Laçından gələk. Əli boş gəlməyək. Qələbə müjdəsi ilə gələk".

 

"Bu boyda dərdi, bəlanı uşaqlarımıza miras qoyub gedə bilmərik”

 

713-cü alayda döyüş batalyonunun diversant dəstəsinin komandiri Azər Paşayev şəhidin məzarı başında bunları söylədi:

“Hələ ki, mənim danışmağa ürəkdolusu bir sözüm yoxdur. Ola da bilməz. Elə o yanğı dolu hisslərlə biz daim gəlib şəhidlərimizi ziyarət edirik. Biz daim dövlətimizin yanında əsgərlərimizin yanında öndə getməyə hazırıq. Biz o yerləri, dağları, dərəli yerlərdə döyüş yolu keçmiş adamlar kimi əsgərlərimizə kömək ola bilərik. Hər gün hər açan sabah biz Ali Baş Komandanın əmrini gözlyirik. Biz dünyada qorxaq, şərəfsiz, zəif virus olan erməninin qarşısında aciz qala bilmərik. Biz Babəklər, Cavanşirlər nəvəsiyik. Bizim tarixi şəxsiyyətlərimiz var. Hansısa dövlətlər gələcək nəsillər üçün böyük şəhərlər, adalar, sərvətlər qoyub gedəndə, biz bu boyda dərdi, bəlanı uşaqlarımıza miras qoyub gedə bilmərik. Ona görə ya biz şərəflə öməliyik, ikinci bir yeri yoxdur. Qurani Kərim kimi möhtəşəm elm yazır ki, ikinci həyat var, biz ora üzüqara gedə bilmərik. Biz cənnətlə cəhənnəmin arasında qalarıq. Qoy bütün millət eşitsin ki, biz susduqca bir tərəfdən gürcü də torpaq iddiasına başlayır. Artıq orda bizim bir alban məbədini ziyarətə gəlirlər. Elə o vaxtlar ermənilər Laçının Ağ oğlan kilsəsində gətirib heyvan kəsirdilər. O qədər sadəlövh millət idik ki, onladan soruşmurduq ki, siz burda nə gəzirsiz? Siz kimsiz?!. Alban məbədidir, bizim tarixi mədəniyyətimizdir. Yavaş-yavaş öz adlarına çıxdılar. Qoy məni eşidənlər bilsin, biz sakit durduqca onların “Dənizdən dənizə” ideyası hər gün  qüvvətlənir. Bizim gələcək nəslimiz fəlakətə uğrayır. Pis, yaxşı hökumətimiz bizi təhciz elədi yedik, yatdıq. Çox üzr istəyirəm, burdan, sizdən də, iribuynuzlu mal-qaranı da yedirdirsən, içirdirsən kökəlir. İnsanın ruhu var, insan tək yemək, geyinmək, gəzmək üçün yaranmayıb. İnsanın ruhi möhkəm, əqidəsi bərk olmalıdır. Yenə də gec deyil. Siyasətçilərimiz öz işində olsunlar, siyasətlə işimiz yoxdur. Amma  biz yenidən silaha sarılmalı cəbhədəki balalarımıza kömək etməliyik, ermənilərin kökünü tək Qafqazdan yox, Asiya qitəsindən silməliyik”.

 

Azər Paşayev Şəhidlər Xiyabanına bir qucaq qızıl güllə gəlmişdi. Deyir ki, bu gülləri öz həyətində məhz Şəhidlərə gətirmək üçün beçərir. Əlavə edir ki, dünyanın gül-çiçəklərini məzarlığa daşısalar da, hamısı boşdur.

 

Yardımlıdan olan qazi Mehrab Bağırov deyir ki, Laçın həqiqətən qartallar yurdudur. O, Yardımlıdan olsa da, Laçını daha yaxşı tanıdığını deyir:

“Yardımlının cəmi 9 kəndində olmuşam, amma Laçının karidordan yuxarı, demək olar ki, bütün kəndlərini döyüş zamanı gəzmişəm. Mən inanıram ki, biz ora qayıdacağıq. Çünki erməni bizim qarşımızda duruş gətirə bilməz. Hər şeyin bir sonu var. Biz də əmri gözləyirik. Qarşımızda heç kəs dayana bilmyəcək”.

 

Sonra snayperçi Nazim Hüseynov 811 Laçın batalyonunda necə vuruşduğunu, və keçdiyi döyüş yolundan danışdı. Özünü ən zəif döyüşçü kimi təqdim edən qazi xeyli sayda düşmən öldürdüyünü və lazım gələrsə bu gün də döyüşə hazır olduğunu deyib. Qazi Azərbaycanın ən zəif döyüşçüsünün belə çox şeylərə qəhrəman olduğunu ifadə edib.

 

Sonra qazilər Şəhidlər Xiyabanından ayrılıb Qarabağ Əlilləri Cəmiyyətinin ofisində toparlanıblar və gələcək fəaliyyətlərini nizamlamaq üçün tədbirlərin görülməsi barədə müzakirələr aparıblar.

Qazilərin bir məqsədi var: Hər an müharibəyə hazır olmaq və torpaqları işğaldan azad etmək!..

 

Tahirə Qafarlı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər