"Fuad Abbasovun həbsində Fizuli Məmmədovun əli yoxdur"

13:01 24-05-2019 | icon 535 | Cəmiyyət
"Fuad Abbasovun həbsində Fizuli Məmmədovun əli yoxdur"

"Fuad Abbasovun həbsində böyük faizlə sapı bizdən olan baltaların əli var". 

 

Versus.Az xəbər verir ki, bunu "Müsavat"ın efirində çıxış edən vəkil Elman Paşayev bildirib.

 

O, Rusiyada fəaliyyətdə olan bir çox azərbaycanlıların öz daxili problemlərini efirə çıxararaq bir-birinə qarşı etdiyi çıxışları biabırçılıq adlandırıb. 

 

"Bu çox yanlışdır. Belə məsələləri efirə vermək lazım deyil. Buna ermənilər də baxır, bizi müşahidə edən digər xalqlar da baxırlar. Bu cür hallarla yalnız özümüzü biabır edirik".

 

Vəkil, Fuad Abbasovun həbsində Fizuli Məmmədovun əlinin olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə də toxunub. O, birmənalı olaraq F.Məmmədovun Fuad Abbasovun həbsində əlinin olmadığını deyib.

"Fizuli Məmmədov Fuad Abbasov həbs olunandan sonra mənimlə əlaqə saxalayıb və həmişə öz köməyini təklif edib. Görünür ki, kimlərsə bundan spekulyasiya edir və öz maraqları naminə belə adlardan istifadə etməyə çalışırlar. Kimsə Rusiyada bizim millət üçün nəsə etmək istəyirsə ona qarşı belə çıxışlar edilməməlidir. Fizuli Məmmədovun Fuad Abbasovun həbsində əli yoxdur". 

Elman Paşayev Rusiyada yaşayan azərbaycanlıların daha çox "mənəmlik" iddiası ilə öndə getmək, lider olmaq istəyi ilə bir-birini qəbul etməməsi faktını böyük problem adlandırıb.

"Fizuli bəy cibinin pulu ilə hamını bir yerə yığmaq istəyir. Amma yığışmırlar. Mən, bu adamlar efirdə bir-birini biabır edəndə, onaları bir yerə yığdım və birliyə çağırdım. Amma iddiaları üzündən birləşə bilmirlər. Ruslarda "ya", axırıncı hərifdir, bizdə isə hamı onu birinci yerdə tutur və bu üzdən də orada birləşə bilmirlər". 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72