AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə
15 iyun - Qurtuluş Günü ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliev başda olmaqla qazilər, eləcə də Laçın uğrunda gedən döyüşlərin iştirakçıları olan 713-cü batalyonun döyüşçüləri ulu öndər Heydər Əliyevin qəbrini ziyarət ediblər.
Versus.Az-ın məlumatına görə, Qazilər ulu öndərin abidəsi önünə tər qərənfillər düzüb, ruhuna dualar oxuyublar.
Siyasətdən uzaq, yalnız torpaq uğrunda döyüşə sarıldıqlarını və dostlarını, qardaşlarını şəhid verdiklərini deyən qazilər, ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ağır vəziyyətidən, parçalanmadan xilas etdiyini bildiriblər. Qazilər bu gün də silaha sarılıb torpaqların azadlığı uğrunda döyüşməyə, lazım gələrsə canlarını fəda etməyə hazır olduqlarını bildiriblər. Şəhidlərin məzarlarını, ailələrini daim ziyarət etdiklərini xatırladan qazilər, istər döyüşçü dostlarının, istərsə də amalı bütöv, güclü dövlət quruculuğu olan ulu öndərin məzarı qarşısında torpaqları işğaldan azad etməyə daim hazır olduqlarını deyiblər.
Qazi Azər Paşayev, bütün döyüşçü dostlarını, Azərbaycan xalqını Qurtuluş bayramı münasibətilə təbrik edib. Hamıya sərhədləri bütöv Azərbaycanda yaşamağı arzu edib. Üzünü qazilərə tutaraq, yaxın günlərdə torpaqlarımızı düşmən tapdağından azad etmək arzusunu dilə gətirib:
"Arzum budur ki, tezliklə hücum edək, döyüşək, mənfur düşmənləri məhv edək”.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...