Münasibətlərdə istismar olunmaq

21:06 16-06-2019 | icon 174 | Cəmiyyət
Münasibətlərdə istismar olunmaq

Ramil Nəcəfli: "Harda, kimin yanında xosbəxtsənsə, orda ol, yükləndiyin adamdan qaç"

 

"Bir çoxları mənə gileylənir ki, Ramil müəllim, adamlar - dost, tanış, qohum-əqrəba - məndən həmişə istifadə edirlər, istismar eləyirlər. Çox vəfasızdırlar. Niyə elə həmişə mən onlara yaxşılıq etməliyəm? Qədrimi də bilmirlər". Bu və digər şəkildə mənə istər sevgi münasibətlərində, istərsə də qohum-əqrəba, dostlarla münasibətdə istismar olunduqlarını gileylənənlər çox olur. Kimisi deyir - "Ərimə bu qədər yaxşıyam, ancaq o, yenə dəyərimi bilmir, essəkdir". Kimisi deyir - "dostlarım həmişə "lyuboy" işdə məni qabağa verirlər, məndən istifadə edirlər", kimisi də deyir - "qohumlarım bir şey olan kimi hər şeyi mənim üstümə atırlar" və sair".

 

Versus.Az-ın məlumatına görə, bu barədə tibbi jurnalist, psixoloq Ramil Nəcəfli pasiyentlərinin şikayətlərinə cavabında yazıb.

 

Psixoloq bu tip problemli şikayətçi şəxslərə məntiqə əsaslanan cavablar verib və çıxış yollarını göstərərək məsləhətini əsirgəməyib:


"Dostum, onlar səndən istifadə etmirlər, sən onları səndən istifadə etdirirsən. Günahkar elə sən özünsən. Çünki sən həddən artıq fədakarsan. Çünki sən onları pis öyrətmisən. Səndən istifadə etmə vərdişləri yaratmısan. O qədər vərdiş etdirmisən ki, artıq sənə qarşı çox gözləntiləri formalaşıb. Özünü istismar olunan hala gətirmisən. Bu cür xətalarının fərqində ol".


Psixoloq əlavə edir ki, həddən artıq fədakarlıq yaxşı keyfiyyət deyil. Fədakarlıq qarşılıqlı olmalıdır. Əgər etdiklərinin qarşılığını görməyib yenə fədakarlıqlarına davam edirsənsə, xəta etmiş olursan. Əgər etməsən, səndən inciyəcək və səni səhv çıxaracaqlar. Gözləntiləri özün yaradırsan. Fədakarlıq təktərəfli olursa, bu, artıq istismardir.


Ramil Nəcəflinin fikrincə, istər sevgidə, istər iş yerində, istərsə də qohumluqda, dostluqda təktərəfli fədakarlıq ciddi xətadır.

Psixoloq insanların YOX deməyi bacarması məsələsinə də toxunub:


"Bir şeydən xoşun gəlmir, ancaq onu dilə gətirmirsən. Çox nahaq. Xoşun gəldiyin şeyi dilimlə də. Çəkinmə. İçində saxlama. Etmək istəmədiyin bir şey varsa "YOX" deyə bilməlisən. Heç kim səni buna məcbur edə bilməz. İnciyər, xətrinə dəyər, uzulər deyib kefinizi pozmayın. İnciyir incisin.


Etmək istəmədiyini məcburən üzə düşüb etdikcə axı özün pis olacaqsan. Yüklənəcəksən. Gərgin olacaqsan axı. Etdiyin bir şeyi sevə-sevə etmirsənsə, ürəyincə deyilsə etmə. Yoxsa, özünü istismar etdirəcəksən".

 

Psixoloq hər kəsin sənin hərəkətlərini bəyənməsinə çalışmağin da yanlış olduğunu deyib və izah edərək tövsiyyələr verib:


"Hər kəsi məmnun etməyə məcbur deyilsən. Belə eləmə. "Hər kəs məni xoşlasın", "məndən razı qalsın" deyib ciddi-cəhd etsən, özünü istifadə etdirəcəksən. Səni istismar edərlər. Onsuz da bunu bacarmıyacaqsan. Hamını razı salmağa çalışdıqca, onlar da bundan sui-istifadə edəcəklər. Özünü yorma".


Ramil Nəcəflinin fikrincə, hər bir insan həyatına aldığı adamlarla nə həddən çox yaxın, nə də uzaq olmalıdır:

 

"Çünki həyatına aldığın hər bir insan eyni zamanda bir yükdür. O insanı daşımağın lazım gələcək. Yüklənə bilmirsənsə eləmə. Yorulursansa, enerjin gedirsə, uzaqlaş eləsindən. Məmnun olduğun, sənin həyat enerjində payı olan adamlar sənin bəsindir. Enerji almadığın, ancaq itirməyə də qıymadığın adamdan aralaşmaqdan qorxma. Harda, kimin yanında xoşbəxtsənsə, orda ol. Yukləndiyin adamdan qaç. Fədakarlığının qarşılığı olmursa, istifadə olunacaqsan".


Psixoloq tövsiyyə edir ki, etdiyin hərəkətləri sevə-sevə et. Amma illah ki, sevəcəksənsə, illah ki, "yox, filankəsə qarşı yaxşılıq edəcəm" deyib, özün israr edirsənsə, onda bunu təmənnasız et. Və içindən gəldiyinə əmin ol:


"Umacaqli niyyətlə yaxşılıq etmə. Çünki qarşılıq umduğun adam sənin gözləntilərini qarşılamırsa, depresiyaya düşərsən, pis olarsan, həyata və insanlara ümid və inamın sarsılar və iztirab çəkərsən. Birdən yaxşılıq etdiyin, yaxud sevdiyin adam yaramaz, nankor çıxdı, yaxud sadəcə göstərdiyin sevgini, yaxşılığını unutdu, əvəzini vermədi, nə edəcəksən? Qurbanlıq qoyunmu olacaqsan? Əsəb sarsıntısı keçirtmək sənə lazımdır? Ona görə də istər sevgidə, istərsə də yaxşılıq edəndə içindən gəlirsə, bu işdən zövq, ləzzət alırsansa, bax o halda elə. İçdən, umacaqsız et, nə edirsənsə. Fədakarlıq edəndə, yaxşılıq edəndə özünə sual ver: - "bu, mənə xosdurmu? Həzz alırammı onunla birlikdə olmaqdan, hətta mən onunçün fədakarlıq edirəmsə?" Yaxud, "bu yaxşılığı ona edəndə mənə rahatdırmı və həzz verirmi?"

 

Ramil Nəcəfli vurğulayıb ki, bu kimi duyğuların, hisslərin fərgində olmaq lazımdır. Fərqindəlik çox həlledicidir:


"Mən həmişə münasibətlərdə bu cür oluram. Bir şeyi ya edirəm, ya da etmirəm. Edirəmsə ürəkdən, sevə-sevə, zövq alaraq, içimdən gəldiyi üçün edirəm. Narazı qaldığım şeyi dilə gətirirəm. İçimdən gəlmirsə, yersiz fədakarlıq etmirəm. Siz də bu cür edin. Həyatınızı asanlaşdırmış olarsınız. Xoşbəxt olmağınıza mane olan işləri etməyin. Ürəyinizin səsinin fərqində olun".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər