“O KİŞİDİ, ONA OLAR”

22:42 03-09-2019 | icon 146 | Köşə
“O KİŞİDİ, ONA OLAR”

NAMİZƏD XƏYAL sosial şəbəkədə yazır...

 

Bakirəliyin tibbi yolla bərpasına mən də pis baxıram. Ən iyrəndiyim şeydi, o ən axırıncı yoldu, sözün bitdiyi yerdi, AMMA!..

 

Aldadılmış, hissləriylə oynanılmış qadın sizə bakirə olmadığını desə, düzünü danışsa guya qaça-qaça evlənəcəksiz onunla?

 

Siz deyilsiz bağçada qızın qarşokda oturmağını belə görməyən heç bir oğlanın görmədiyi qızın sorağında olan? Siz deyilsiz xaricdəki qadın-kişi münasibətlərinə həsəd aparıb,cinsi tələbatın yoxluğundan porno saytlarda oturan və bundan şikayət edən?

 

Hər şeydə qadını günahlandırmaq olar bu ən asan yoldu ama qadınlar nəyəsə məcbur qalırsa sizin bəzilərinizin çürük beyninin ucbatından məruz qalır. 

 

Bəli, qadın həyatını quracağı adama hər şeyi danışmalıdı ama o insan da doğru adam olmalıdı, ADAM kimi ADAM olmalıdı, daha gedib orda burda “Qaqa bir dənə qız tutmuşam açığdı gecə gündüz qaqanız şəpliyəcəy ee ona” deyib özü kimi kəmərdən aşağı dostlarına danışmamalıdı. Cəmiyyətdə bir qadının adı çıxırsa kişilər bir başa günahkardı. Hər fahişə qadının arxasında ya şərəfsiz qardaş, ya şərəfsiz ata, ya da şərəfsiz ƏR dayanır. Bəli, qadının öz iradəsi olmur hər zaman, hər qadın güclü,dərrakəli, zəkalı ola bilmir hər zaman. Bəzi qadınlar hisslərinə yenik düşür! Onda onu ortalarda buraxmaq, haqqında min söz danışmaq lazımdı?

 

Sən yaxşı ol yatma o cür qadınla.Sən əxlaqlı kişi ol bax o zaman qarşına necə qadınlar çıxır.Bütün kişilər oğraşdı deyən qadınlarla bütün qadınlar qəhbədi deyən kişilər eynidi. Siz düzgün oldunuz da hər zaman yalnışa mı rast gəldiniz?

 

Siz əxlaqlı oldunuz da həmişə qarşısınıza pozğunlar mı çıxdı? Sizə heç qəribə gəlməyib ki,bəlkə siz nəyisə səhv edirsiz?! Xahiş edirik, əvvəla qadınlara toxunmayın əgər bacarsınızsa cinsi tələbatınızı da toya qədər ödəmiyin. Yox dözə bilmirsinizsə “Mən kişiyəm axı mən qıçıma bağlayım gəzim?”, -deyirsinizsə bir-birinizi zorlayın,qadınlar bakirə qalsın. Mən hələ indiyə kimi bir-birinin bakirəliyini pozan qadın görməmişəm, məsələn.


Azərbaycan qadını ən ali, ən sadiq ən fədakar varlıqdı. Səni də Azərbaycan qadını doğub, məni də Azərbaycan qadını doğub və mənim bu fikrimə qıcıq olursansa sən şərəfsiz yox e insanlıqdan əsər əlamət olmayan məxluqsan. Təhminə və Zaur filmində deyildiyi kimi, “Kişi məlaykəni fahişəyə çevirən adam deyil. Kişi, fahişəni məlaykəyə çevirən adamdı”.Əgər sən də Zaur kimi “Mən bunu bacarmadım”, ya da “Bacarmaram” -deyirsənsə Təhminənin təbirincə desək “ Rədd ol, burdan get” və bir də özünə “Mən kişiyəm” demə ! Kişilik kişi cinsi orqanıyla ölçülmür. Heç kimə də pozğun deməyin. Hamımızın evində qadın var, qarşıda övladımız, gəlinimiz olacaq. Hələ heç kim bilmir öz ailəsindən necə qadın çıxacaq və həyat kimə nə hazırlayıb.

 

Hər şeyi dinə, İslama bağlayırsınızsa onda Məhəmməd Peyğəmbərin fikrini qulağınızda sırğa edin:


- Kimsəni qınamayın. Qınadığınız şey başınıza gəlməyincə ölməyəcəksiz.

Sonda isə “Qadınlar kişilərdən çox yalan danışır”,- dəyənlərə səslənirəm:


Kişilərin yalan danışmamaq "lüksu" ona görədir ki, siz nə etsəniz də “O KİŞİDİ ONA OLAR”,- deyib üstündən keçilir və siz çox da məcbur qalmırsız yalan danışmağa. Elə bu yazıda da əsas məqsədi odur ki, hüquqların bərabər olduğunu beyninizə yeridək və sizə görə nə normaldırsa, biz də eyni şeyi edə bilərik, qarşılıqlı anlaşaq bu mövzu bağlansın birdəfəlik. Əxlaqın cinsiyyəti yoxdu əgər kişilərlə nigaha qədər yatan qadın fahişədirsə, qadınlarla evliliyə qədər yatan kişi də fahişədir.


Bir də ki, yenə təkrar edirəm Namusu qadının qıçının arasında yox BEYNİNİZDƏ axtarın.Tapsanız sizi TƏBRİK EDİRİK siz ADAMsınız..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”