Qəbrin nurla dolsun şəhidim...

13:19 16-09-2019 | icon 1392 | Şəhidlər və şahidlər
Qəbrin nurla dolsun şəhidim...

Bakir Mürsəlov

Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canlarından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Onlardan biri də şəhid MUSAYEV RAMİZ RƏHİM oğludur.

15.11.1962-ci ildə Laçın rayonunun Vağazin kəndində sadə kəndli ailəsində dünyaya göz açmışdır. 1969-cu ildə Vağazin kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1979-cu ildə Rusiya Federasiyasının Rostov şəhərinə getmiş və orada sürücülük məktəbində,sürücülük təhsili almışdır. 1980-ci ildə keçmiş Sovet ordusu sıralarına çağrılmış, 1982-ci ildə ordu sıralarından tərxis olunmuşdur. Həmin ildən Bakı şəhər Qafqaz Enerji Quraşdırma Trestində sürücü kimi fəaliyyətə başlamışdır. Məlum hadisələrlə əlaqədar 1992-ci ildə Dağlıq Qarabağda gedən döyüşlərə biganə qalmamış,könüllü olaraq ilk döyüş yolunu Füzuli rayonunun ərazisindən başlamışdır. 1992-ci ilin iyun ayından Laçın rayonunun ərazisində döyüşən 713 saylı Laçın könüllülər Batalyonun tərkibinə qoşularaq ikinci rotasında döyüşmüşdür. Kəlbəcər istiqamətindən Laçının 42 kəndinin erməni quldurlarından təmizlənməsində, Ağdərə rayonunun Vəng əməliyyatında şəxsən iştirak etmişdir və igidlik göstərmişdir. 22.09.1992-ci ildə Laçın rayonunun Hoçaz dağı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Allah rəhmət eləsin. Hal hazırda Ramizin adı dövlətimiz tərəfindən əbədiləşdirilmiş, oxuduğu Vağazin kənd orta məktəbi Ramiz Rəhim oğlu Musayevin adına verilmişdir. Ramizin bir qızı,bir oğul övladı var. Allah övladlarını qorusun. Ramiz mərd,igid,olduqca vətənpərvər,qorxmaz döyüşçü kimi biz döyüş yoldaşlarının,çox etikalı,səmimi və gülərüz insan kimi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

Allah yaxınlarına səbr versin. Qəbrin nurla dolsun şəhidim...

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq