Yeni medal təsis edildi
Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.
Versus.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycanda gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...