"QAFQAZ NEOLİTİ" təqdim edildi

18:43 19-09-2019 | icon 491 | Cəmiyyət
"QAFQAZ NEOLİTİ" təqdim edildi

Sentyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib.

 

Versus.Az-ın məlumtına görə, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, millət vəkili, AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Qənirə Paşayeva, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, filmin prodüseri Xalq artisti, rejissor Ramiz Həsənoğlu, ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevdir.

 

Mərasimi millət vəkili Qənirə Paşayeva açaraq filmin yaradıcı kollektivini təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd edib ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb. “Tovuz bölgəsindəki Göytəpə neolit məskənində Azərbaycan arxeoloqlarının daimi şahidi olduğum fədakar əməyinin nəticəsində dünya elminə yeni töhfələr verildi” – deyə, millət vəkili xüsusi olaraq vurğulayıb.

Ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yaponiyanın Tokio Universitetinin əməkdaşları tərəfindən uzun müddət araşdırmaların aparıldığını deyən Q.Paşayeva ölkə başçısının Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı imzaladığı Sərəncamı xatırladıb. O, filmin gələcəkdə ingilis dilinə tərcümə olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulayıb.

 

Sonra çıxış edən İ.Həbibbəyli AMEA ilə Azərbaycan Dövlət Televiziyası arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq haqqında sazişin önəminə toxunub. O, son illərdə Azərbaycan arxeologiya elmində bir çox nailiyyətlərin əldə edildiyini, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda yerli və beynəlxalq olmaqla, 30-a yaxın ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İ.Həbibbəyli filmin Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini qeyd edib.

 

Tədbirdə, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli və filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev çıxış edərək ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.

 

Daha sonra filmə baxış olub. Orijinal rejissor yanaşması və operator çəkilişi, bədii quruluş səhnələri ilə zəngin olan film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Film sentyabr 20-də AzTV kanalında saat 23:00-da nümayiş etdiriləcək.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR