Emin Abdullayev: Barmaqlarımızı sındıranlar

18:27 22-09-2019 | icon 62 | Siyasət
Emin Abdullayev: Barmaqlarımızı sındıranlar

Almaniyada yaşayan "Milli" ləqəbli Emin Abdullayev də Fuad Qəhrəmanlını və onu himayə etməyə cəhd edən AXCP sədri Əli Kərimlini sərt tənqid edib.

 

Versus.Az xəbər verir ki, o, sosial şəbəkədə "Barmaqlarımızı sındıranlar" başlıqlı statusunda yazıb:

 

"Selcan xanımın cəsarəti mənə iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Selcanı müdafiə etməlidir, anasına dəstək olmalıdır. Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayətkar (Fuad Qəhrəmanlı) mütləq həbs edilməlidir və cəzasını almalıdır. Selcanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu, cinayətə bəraət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızının hansı gələcəyi ola bilər? Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlı ilə bərabər, Əli Kərimlinin istefasını tələb etməli idilər".

 

E.Abdullayev vurğulayıb ki, AXCP-nin liderlərinin azadlıq, insan haqları, eləcə də demokratiya haqqında danışmağa heç bir mənəvi haqları yoxdur:

"Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Biz azadlığı ilk növbədə gərək ailəmizdə qurmağı öyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək, bunlar bizi meydanlarda öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar".

 

Xatırladaq ki, bu günlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı ailəsinə zorakı və qəddar münasibət göstərən atasını ifşa edib. İctimaiyyətin sərt tənqidlərinə tab gətirməyən Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

ALDP sədri avropalı diplomatla görüşüb

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

Füzulinin Soyuqbulaq Xatirələrindən 

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"