Prezidentliyə namizəd Razi Nurullayevin seçki proqramı - III
Milli dəyərlər
Soyqırım, Xocalı və Aprel şəhidləri parkının yaradılması
On hektar ərazidə Soyqırım və Xocalı parkının salınmasını həyata keçirəcəyik. Burada ermənilərin keçən əsrin əvəllərində törətdiyi vəhşiliklər və Xocalı faciəsi öz əksini tapacaq. Hər bir Xocalı şəhidinə adı və soyadı yazılmaqla abidə qoyulacaq. Ərazi dövlət protokoluna salınacaq və o cümlədən xarici turistlərin getdiyi yerlərdən birinə çevriləcək.
Parkın bir hissəsində ayrıca olaraq Aprel şəhidlərini əks etdirən güşə yaradılacaq və hər bir şəhid haqqında barelyef quraşdırılacaq.
Cümhuriyyət parkının yaradılması
On hektar ərazidə Cümhuriyyət Parkı salınacaq və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına, dövlət xadimlərinə abidələr ucaldılacaq. Bu ərazi də dövlət protokoluna salınacaq.
Elçibəyə abidənin ucaldılması
Əbülfəz Elçibəy Azərbaycan xalqının azadlıq simvoludur. Böyük şəxsiyyətə Bakının görməli yerlərinin birində möhtəşəm bir abidə ucaldılacaq. Bu layihə prezidentliyimizin ilk ilində həyata keçiriləcək.
Din
AXCP 2017-ci ilin avqust ayında xaricdə dini təhsilin qadağan edilməsi və İslam məzhəblərinə ayrı-seçkilik qoyulmadan əcnəbi tələbələrin Azərbaycanda dini təhsil alması, İslamın dünyəvi elmlərlə birgə tədris olunması, yüksək tolerantlıq ənənələrimizin daha geniş üfüqdə yayılması üçün Beynəlxalq İslam Universitetinin yaradılması təklifini irəli sürüb. Bu təklif ictimaiyyət arasında və dini camiədə alqışlanaraq təqdir olunub. 09 fevral, 2018-cil tarixdə Azərbaycan Respublikasının Prezidenti İlahiyyat institutunun yaradılması ilə bağlı sərəncam verib.
Habelə, AXCP öz dini konsepsiyasında və təkliflərində də din siyasəti haqda bir çox dəyişikliyə və xüsuslara yer verir. Dinin xurafatdan kənar, elmi və dünyəviliklə uzlaşan formada yayılması, ölkəmizin zəngin din tarixini dünyaya yaymaq üçün qədim Quran nüsxələrinin sərgiləndiyi və Qurani-Kərimin bütün xüsusiyyətlərini ehtiva və əks etdirən bir mərkəzin, "Quran Evləri" nin yaradılmasını da təklif edib.
Bu təklif də ictimaiyyət tərəfindən müsbət qarşılanıb və təqdirəlayiq hesab edilib. Buna geniş ehtiyac olduğundan, ölkəmizin bütün regionlarında "Quran Evləri" nin yaradılmasını həyata keçirəcəyik.
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...