Allahverən Pərvizoğludan "Yaşa Azərbaycan" - KONSERT
Lənkəranın İctimai fəal gənci, 3 dəfə Respublika Mahnı müsabiqəsinin qalibi, Gənc muğənni Allahveren Pərvizoğlunun N saylı hərbi hissədə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş "Yaşa Azərbaycan" adlı konsert proqramı keçirilib.
Versus.Az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konserti giriş sözü ilə Allahverən Pərvizoğlu açıb.
O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 105ci il dönümü münasibətilə Hərbi Hissənin kollektivin və əsgərləri təbrik edib, onlara xoş arzularını bildirib.
Sonra Gənc muğənni Allahveren Pərvizoğlunun ifasında "Yaşa Azərbaycan" "Ana Yurdum" "Sənsən Görən Gözü Azərbaycanın" "Min Yaşasın" "Şuşanın Dağları" "Ulu Öndərimiz" "Azərbaycan Oğluyam" mahnıları səsləndirilib.
Konsert proqramının sonunda 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş Konsert proqramında fəal iştirakına görə Gənc muğənni Allahveren Pərvizoğlu N saylı hərbi hissənin fəxri fərmanı ilə təltif olub.
Allahverən Pərvizoğlu N saylı hərbi hissənin rəhbərliyinə dəvət üçün təşəkkürünü bildirib.
Versus.Az
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."