"Bu cür təhdidlər bizi yalnız birləşdirir"

11:12 05-04-2018 | icon 719 | Siyasət
"Bu cür təhdidlər bizi yalnız birləşdirir"

Bəzi dövlətlər tərəfindən digər ölkələrin ərazi bütövlüyünə qarşı aparılan siyasət sabitliyə təhdiddir və eqoizmə əsaslanır.

 

Versus.az-ın məlumatına görə, bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Monserrat bu gün Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bugünkü görüşün əsas mövzusu inkişaf naminə beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması olacaq ki, bu da bütün dünya üçün vacibdir:

 

"Biz mütəmadi olaraq ölkədə vəziyyəti destabilləşdirməyə, sülhə və demokratiyaya təhdid yaratmağa davam etməyə çalışan xarici qüvvələrin qurbanına çevrilirik. Onlar ölkənin iqtisadi inkişafına təsir edən qanunsuz sanksiyalar tətbiq edirlər. Lakin bu cür təhdidlər bizi yalnız birləşdirir".

 

X.A.Monserrat əlavə edib ki, bu gün, XXI əsrdə ölkələr yenidən "soyuq müharibə"nin nəticələri ilə qarşılaşırlar:

 

"Dövlətlərin daxili işlərinə müdaxilə davam edir. Qoşulmama Hərəkatı isə problemin həllində müsbət rol oynamaq istəyir. Biz dünyada sosial ədalətə xidmət etmək üçün təşkilatı inkişaf etdirmək niyyətindəyik. Biz ölkələrin daxili siyasətinə müdaxilənin qarşısını almalıyıq. Biz bütün mədəniyyətlərə, dinlərə, ərazi bütövlüyü prinsipinə və sülh və inkişaf daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmalıyıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR