Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə olub

09:15 01-10-2019 | icon 1393 | Qarabağ
Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə olub

"Artıq inkişaf etmiş ölkələrdə də təsdiq edirlər ki, II Qarabağ savaşı başlasa, Azərbaycan tərəf qalib gələcək"

 

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,“Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlunun ictimai fəallığı çoxlarına yaxşı məlumdur. Son 4 il ərzində dövlətin maliyyə dəstəyi olmadan fəaliyyət göstərən ictimai birliyin uğurları göz önündədir.

 

Versus.Az-ın məlumatına görə, İctimai Birliyin fəalları Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmovla birgə milli vətənpərvərliyin gücləndirilməsi istiqamətində maraqlı tədbirlər keçirirlər. Sentyabrın 27-də “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin yaradılmasının 12-ci ildönümü tamam oldu. Təşkilatın sədri Şamil Sabiroğlunun müraciətinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi vətənpərvər insanların Qərb bölgəsindəki hərbi hissələrdən birində maraqlı ədəbi-bədii gecə keçirmələrinə razılıq verib.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayevin tapşırığına əsasən Birlik fəallarının cəhbə bölgələrinə gedib-qayıtmaları üçün “Sprinter” markalı avtomaşın ayrılıb. Ş.Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 28-də cəbhə bölgəsinə yollanıb. Vətənpərvər insanları yola salanların arasında QHT fəalları da olub.

 

Tədbiri Birliyin Kütləvi Tədbirlər şöbəsinin rəhbəri, aparıcı və müğənni İslam Ələsgərli açıb. Ulu Öndər Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq. sükutla yad edilib.

 

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyev və Prezident Administrasiyasının rəhbərliyi ordu quruculuğuna çox ciddi fikir verirlər:

 

"General-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrdə aparılan islahatlar göz qabağındadır. Artıq inkişaf etmiş ölkələrdə də təsdiq edirlər ki, II Qarabağ savaşı başlasa, Azərbaycan tərəf qalib gələcək".

 

Şamil müəllim gələn qonaqları “N”saylı hərbi hissənin rəhbərliyinə təqdim etdi. Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov Şamil Sabiroğlunun rəhbərliyi altında hər ay bir hərbi hissədə tədbir keçirildiyini xüsusi vurğulayıb.

 

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Nizami rayon filialının sədri, Vətən müharibəsi veteranı Məhi Mehdiyev, həmin Təşkilatın Nizami rayon Filialının sədr müavini, Vətən müharibəsi veteranı İzzət Şirinov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədr müavini xanım Dilbər Sultanova, “Space” Müstəqil Tele-Radio Şirkətinin və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı xanım Türkanə Səfərova, “uğurmedia.az” saytının təsisçi və baş redaktoru Tərlan Abbasov, Bakı Dövlət Universitetinin I kurs tələbəsi Mətin Abdullasoy ön xətdəki “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdən hədsiz məmnun olduqlarını qeyd ediblər.

 

Dilbər xanım bildirdi ki, məhz buna görə də yeganə qız övladı Fidanın ön xətdə xidmət edən kapitan Səxavət Allahverdiyevlə ailə həyatı qurmasına etiraz etməyib.

 

Bakının Xətai rayonundakı 95 nömrəli məktəbin 3 c sinif şagirdlərinin(sinif rəhbəri Ofelya Babayeva) və Sabunçu rayonundakı 67 nömrəli məktəbin azyaşlı şagirlərinin (sinif rəhbəri: Təranə Əlisoy) öz xətlərilə yazdıqları məktublar hərbi hissənin bir qrup zabit və əsgərinə təqdim olundu. Məktubları oxuyan zabit və əsgərlərin sevincdən gözləri yaşarmışdı.

 

İstedadlı müğənni İslam Ələsgərli və gənc ifaçı Sevinc Nəsirova Vətənə, torpağa və Orduya həsr edilən mahnıları oxudular. Hər iki ifaçının çıxışları çox maraqla qarşılandı.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı