“Joker” filmi “CinemaPlus”da

23:43 03-10-2019 | icon 1237 | Film
“Joker” filmi “CinemaPlus”da

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdandır gözlənilən “Joker” filminin təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, “CinemaPlus” komandasının iki aydan çoxdur hazırlaşdığı şou öz bəhrəsini verib.

 

Təqdimat zamanı Sehrli Güzgü, Spiner 360, filmlə bağlı maraqlı dekorasiyalar, ləzzətli yeməklər, içkilər və musiqilər qonaqları məmnun edib.

 

Qonaqlar səmimi ortamda əylənən zaman qəfil dörd gözlənilməyən qonaq peyda olub. Bunlar “Joker”in dörd fərqli obrazı idi. Onlar əvvəlcə qonaqları əsir götürsə də, daha sonra hər kəsnən dostlaşıblar.

 

Qeyd edək ki, filmin rejisoru və ssenaristi Todd Fillipsdir. Baş rollarda Xoakin Feniks, Zazi Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları çəkilib.

 

“Joker”də bütün diqqətlər Xoakin Feniksın üzərindədir. Aktyor roluna hazırlaşmaq üçün möhtəşəm fiziki dəyişiklik etmək məcburiyyətində qalıb. O, xeyli çəki itirib. Bundan başqa, o, üç növ psixopat gülüşünü təqlid etməyi də öyrənib.

 

Ekran işində hadisələr 1980-ci ildə baş verir. Artur Flek Qothamda yaşayır və orada çalışır. Klounun ümidləri puç olur və o, məhv etməklə psixoloji rahatlıq axtarışındadır.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR