Prezident təhsil işçilərini mükafatlandırdı
Prezident İlham Əliyev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Belə ki, sərəncamlara əsasən, ümumilikdə 126 nəfər təhsil işçisi təltif olunub.
Dövlət başçısının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamına uyğun olaraq, 64 nəfər bu medala layiq görülüb.
Prezident İlham Əliyevin digər Sərəncamına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 62 nəfər təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"