BŞBPİ piketlə bağlı xəbərdarlıq etdi

17:27 05-10-2019 | icon 512 | Gündəm
BŞBPİ piketlə bağlı xəbərdarlıq etdi

Oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib.

 

Bakı Şəhər Baş Polis İdarəsindən Versus.Az-a bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

 

“Sərbəst toplaşmaq haqqında” qanununa əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcək.

 

Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.

 

Xatırladaq ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinə görə piket üçün aşağıdakı məhdudiyyətlər nəzərdə tutulub:

 

  1. Piket düzəldənlər 50 nəfərdən çox olmamalıdır

    2. Piket düzəldənlər piket edilən obyektin girişinə 10 m-dən yaxın məsafədə yerləşməməlidirlər

    3. Piket düzəldənlər piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalıdırlar

    4. Piket düzəldənlər 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...