Ürək ağrısı ilə yazdım...

18:39 10-10-2019 | icon 209 | Köşə
Ürək ağrısı ilə yazdım...

Sabah gec olacaq və biz olmayacağıq...

NURŞƏN QULİYEV

 

Bəziləri deyir ki, nə qədər uzanacaq bu Qarabağ məsələsi? Erməni ətraf rayonları qaytarsın, biz də Dağlıq Qarabağdan əlimizi çəkək, bitsin bu söhbət. Yoxdu deməyin, var belə düşünən və deyənlər. Bu sətirləri də məhz o "ağıllı" başlar üçün yazıram.

 

"Ağıllılar", məsələ Dağlıq Qarabağı güzəştə getməklə bitmir və bitməyəcək, bunu hələ də anlamamısınız? Dönün tarixə baxın. Biz ermənilərə torpaq verdikcə, güzəştə getdikcə, onlar yenisini, daha artığını istəyiblər. İrəvanı verdik, Zəngəzuru istədilər, Zəngəzuru verdik, Dağlıq Qarabağı istədilər. Dağlıq Qarabağı versək, aran Qarabağı istəyəcəklər. Bu istəklərinə çata-çata da bir gün bütün Azərbaycana sahib olacaqlar. Strategiya budur.

 

Biz bezirik, "Nə qədər olar?" deyib, usanırıq. Ermənilər isə bu strategiyalarında ardıcıldırlar, yorulmurlar, ən böyük üstünlükləri isə odur ki, məqsədlərini nəsildən-nəslə ötürürlər. "Gərək, bir neçə nəsil dəyişsin, onda Qarabağ məsələsi həll olunar" kimi təhlükəli fikir də var dövriyyədə.

Bəli, bir neçə nəsil dəyişəndən sonra Dağlıq Qarabağ problemi həllini tapa bilər. Amma necə? Deyim, bilin.

 

Ermənilər ətraf rayonları qaytaracaq (Laçın və Kəlbəcər istisna olmaqla), əvəzində Dağlıq Qarabağ müstəqil olacaq, sonra isə Ermənistana birləşəcək. Biz yenə erməni ilə dostluğa başlayacağıq, "Qonşuyuq də, nə ermənilər burdan gedəsidir, nə də biz, bir yerdə yaşamalıyıq" deyib, erməni qızı ilə evlənəcəyik, erməniyə qız verəcəyik, onlarla bir yerdə bulaq başında donuz kababı çəkəcəyik, tut arağı "vuracağıq", erməni qızının məşuqəmiz olmasından, ona pul xərcləməyimizdən ağzımız köpüklənə-köpüklənə, sinəmizi qabağa verib, fəxrlə danışacağıq. Və...

 

Və beləcə illər keçəcək, günlərin birində ayılacağıq ki, erməni strategiyası növbəti həmləsinə başlayıb. İndi də Dağlıq Qarabağa müstəqillik verməyimizin qarşılığında qaytarılan o beş rayona və daha artıq torpaqlarımıza iddia edirlər.

 

Hə, mənim əzizlərim, beləcə günlərin bir günü Bakının qapısına dayanacaqlar. Vallah elə-belə demirəm, billah boş sözlər danışmıram. Proses belə də davam edəcək. Belə davam etdikcə də, artıq bir neçə on ildən sonra yer üzündə Azərbaycan adında məmləkət qalmayacaq. hamısına erməni sahiblənəcək. Ermənilərin, erməni kilsəsinin uzunmüddətli strategiyasıdır bu.

 

Mən bunları yazmaqla yeni bir şey demirəm, yeni heç nə kəşf etmirəm. Keçmişə baxın, tarixə baxın. Heç olmasa, başımıza gələnləri, yaşadıqlarımızı yadınıza salın. Düşünün də, fikirləşin də, nə tez unutdunuz dünən olanları, gözünüzün qarşısında baş verənləri. "Vallah erməni yaxşı millətdir" deyənlər bu xalq üçün, bizim üçün ermənidən təhlükəlidir, ayılın, bilin. Bu gün "Niyə Qarabağı qarabağlılar qorumur, qaçqınlar, məcburi köçkünlər niyə öz torpaqlarında qalıb ölmürdülər?" deyənlər, bəlkə də Sizə haqq qazandırmaq olardı, amma olmur. Yuxarıda yazdıqlarımdan dolayı olmur, erməninin məqsədi Azərbaycana sahiblənmək, Sizi də məhv etmək, yer üzündən silməkdir deyə, olmur.

 

Papağımızı qabağımıza qoyub yaxşı-yaxşı düşünməliyik. Necə olacaq bu məmləkətin, bu millətin istiqbalı? Düşünməliyik, sən, mən, o, hamımız. Düşünməli və anlamalıyıq. Bu gün verəcəyimiz qərardan ölkənin, millətin taleyi asılıdır. Ya var olacağıq, ya yox olacağıq. Düşünək və seçək. Bu gün seçək, indi seçək. Sabah gec olacaq və biz olmayacağıq...

Xəbər lenti

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

Seymur .Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq

“Dövlət başçısı İlham Əliyevin müdaxiləsi, iradə və qətiyyəti olmasaydı…

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı

REAL-ın mitinqinə partiya sədrindən sərt reaksiya

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanları
 

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilir

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

"Bəzi dairələr buraxılacaq"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qarabağ qazisi vəfat edib

Məşhur transseksual “Avroviziya-2020”-də onlayn aparıcı olacaq - FOTO

Ekstremal idman həvəskarı olan qadın maşının təkərləri altında qaldı – VİDEO

Təyyarənin göyərtəsində dava - VİDEO

Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO

Qar əyləncəsi zamanı qorxunc qəza - VİDEO

TALEH ŞAHSUVARLI yazır:

Bəzilərini bir üzəcəm, bir üzəcəm ki, ancaq cəcəkləri qalacaq

Bu soyadı kim daşıyacaq? - FOTO

Əməkdar artistin 61 yaşı tamam olur

Azərbaycan klubu bu səbəbdən cəzalanıb

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

Dostunun ad günündə tort yedi və... - FOTO

İmmunitetimizin mərkəzi kürəkdə yerləşir

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı