“Maska 3”: Azərbaycanlı bloger boşanmış arvadını öldürdü – VİDEO

12:14 12-10-2019 | icon 978 | Film
“Maska 3”: Azərbaycanlı bloger boşanmış arvadını öldürdü – VİDEO

Son zamanlar Azərbaycanda sanki qadınlara qarşı soyqırıma start verilib.

 

Xüsusilə də son günlərdə qadınlara qarşı vəhşicəsinə törədilən cinayətlərin və zorakılıqların sayı artıb. Bu hadisələrin bir çoxu ər tərəfindən törədilsə də, bəzi hadisələr qayınata, qayınana və yaxın qohumların iştirakı ilə baş verir.  

 

Müxtəlif təşkilatlar, dövlət qurumları tərəfindən maarifləndirmə layihələri həyata keçirilsə də, qadınlara qarşı zorakılıq halları, xüsusən də amansızlıqla törədilən cinayətlərə mətbuatda hər gün rast gəlirik.

 

Zərif və zəif cinsin qurban olduğu bu amansız cinayətlər ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. 

 

Sosial mediada #QadınaŞiddətəSon həştəqi ilə birləşən insanlar öz etirazlarını ifadə ediblər.  

Ziyalı təbəqə cinayətlərin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər. 

 

Bundan başqa, hüquq müdafiə təşkilatlarına da insanlara hüquqi dəstək vermələri üçün çağırışlar edilib.  

 

“Videozavr prodakşn” məsələnin ciddiliyini nəzərə alıb Azərbaycanda qadınlara qarşı aqresiyanı, seksual təcavüzü, şiddət və zorakılığı əks etdirən qısametrajlı film çəkməyə qərar verib.  

 

“Maska 3” adlanan filmdə rolları Kənan Yusifov, İlkin Zülfü, Süleyman Süleymanzadə, Taleh Yüzbəyov, Sabir Samiroğlu, Sənurə Cəfərova, Kəmalə Mehdiyeva, Sevinc Bəxtiyar, Röya Nəbiyeva, Ayşən Süleymanova, Fuad İsgəndərov, Vüqar İbrahimli canlandırıb.  

 

20 dəqiqəlik ekran işində Azərbaycan cəmiyyətində boşanmış qadına olan qeyri-adekvat münasibət çılpaqlığı ilə tamaşaçıya çatdırılır.  

 

Əminliklə deyə bilərik ki, Azərbaycanda hələ belə bir film çəkilməyib. Filmdə boşanmış Azərbaycan qadının ümumiləşdirilmiş obrazının əks cins tərəfindən seksual obyekt kimi qəbul edildiyini, hər gün söz və jestlərlə seksual təcavüzə məruz qaldığını görürük.  

 

Gənc xanım sonadək namusunu qoruyub saxlamağı bacarsa da, adı ləkələnir və sonda onunla barışmaq məqsədilə geri dönən əri tərəfindən qəddarcasına qətlə yetirilir.  

 

Filmin cəmiyyətə ötürmək istədiyi mesaj boşanmış qadına, ümumiyyətlə qadına olan münasibətin dəyişdirilməsinin zamanı gəldiyini çatdırmaqdır.  

 

Bu film “Namusumu təmizlədim” deyib, özlərinə haqq qazandıran qatillərə vicdan əzabı verəcək... /oxu.az/

 

Versus.Az 

#QadınaŞiddətəSon 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR