"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

09:01 18-10-2019 | icon 1060 | Şəhidlər və şahidlər
"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

FÜZULİ ALMƏMMƏDOV: "SƏBƏB KİMİ ERMƏNİ KƏNDLƏRİNİ VURMAĞA İCAZƏNİN OLMADIĞINI DEYİRDİLƏR"

II hissə

 

...Hoçaz dağında yerləşən ermənilərə qarşı irimiqyaslı hüçumu başa catdırmaq olduqça vaçib idi. Qayalıqlarda müdafiə məqsədilə səngər qurmaq mümkün deyildi. Atılan mərmilər qayalara dəydikçə daha da təhlükəli olurdu. Düşmən tərəf isə artilleriya zərbələrini bir an belə dayandırmırdı. Musanın minamyot atışlarından sonra isə düşmən daha da fəallaşırdı. Hücuma hazırlıq, eləcə də müdafiə məqsədilə 1 tank, 1 BMP briqadadan bizim yanımıza göndərildi. Tankın lüləsini düşmən tərəfə çevirmək üçün bir saat vaxt tələb olunurdu. Təcrürbəsizlikdən hər iki texnikanı açıq görünən yerdə saxlamışdılar. Düşmən artilleriyası da fasiləsiz olaraq o nöqtəni diqqətdə saxlayırdı. Budur növbəti bombardman, yenə də texnikalar hədəfdə.

 

Musanın tabeliyində olanlardan LYUDMİLA adlı tibb bacısı qışqırmağa başladı: "Köməyə gəlin" Musa artilleriya yağışına baxmayaraq səs gələn tərəfə qaçdı. Nə baş verdiyini soruşduq. Mərmi sürücünün üstünə düşmüş bir necə yerə parçalamışdı.. Musa məni köməyə çağırdı. Mən gələndə Musa çadırı açıb tikələnmiş hissələri yığırdı. Köməkləşib sürücünün dağılmış bədənini çadırın arasına yığıb bağladıq. Ətrafda hələ bir neçə yaralı da var idi... 

 

"SƏBƏB KİMİ ERMƏNİ KƏNDLƏRİNİ VURMAĞA İCAZƏNİN OLMADIĞINI DEYİRDİLƏR"

 

Düşmənin bu cür artilleriya atışlarına təəssüflər olsun ki, bizim artilleriya onların postların vurmaqla cavab verirdi.. Xoznavar kəndindən açılan atəşlərə atəşlə çavab verməyə içazə verilmirdi. Səbəb onu göstərirdilər ki, bizim erməni sərhəd kəndlərini vurmaq icazəmiz yoxdur.

 

Ancaq Mehdi başqa cür düşünürdü. Yenə artilleriya zərbələri... Yenə mövqeylərimiz tüstü, duman icində.... Qayalıqlarda düşmən əsgərinin hər bir hərəkətini izləyən döyüşçülər bunlar idi. Gündüz, Yunus, Qoşqar, Əsgər müəllim, İman və Vüqar Həsənquluyev qardaşları, Yaşar, Rəhman, Qaryağdı və adlarını unutduğum digər qardaşlar. Beləliklə artilleriya zərbələri ara vermirdi. Qayanın lap uc hissəsində dayanmış Gündüzün "kömək edin" kəlməsi hamımızın diqqətini o istiqamətə çəkdi. Artıq mərmi qəlpəsi Gündüzün ayağını pəncə tərəfdən kəsib atmışdı. Bu gün ərzində atılan axırıncı mərmi oldu. Eyni zamanda Yunus kantuziya aldı.

 

Qeyd etdiyim kimi, Mehdi "ermənilərin bu mərmi yağışına bir cavab verməliyik" deyib Soyuqbulağın üstündəki hündür zirvəyə çıxdı. Qradlara "mən deyən yerləri vurun"- dedi. Xoznavar ətrafından mərmi yağdıran düşməni susdurmaq lazım idi. Qradlar işə düşdü. Mehdi tədricən istiqaməti Xoznavar kəndinə tuşladı. Kənd tam hədəfə alınanda bütün mərmini kəndə atmağı əmr etdi. Xoznavar üç ğün tüstüləndi...

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq