17 yaşlı qızın yardıma ehtiyacı var

20:13 29-10-2019 | icon 328 | Cəmiyyət
17 yaşlı qızın yardıma ehtiyacı var

Daha bir xərçəng xəstəsi üçün yardım kampaniyası başladılıb.

 

Söhbət 2002-ci il təvəllüdlü Sidiqə Şirin qızı Məmmədovadan gedir.

 

Versus.az xəbər verir ki, 2018-ci ilin iyun ayından bu günə qədər “C83.3 Diffuz Böyük B-hüceyrəli Qeyri-Hoçkin limfoma” diaqnozu ilə mübarizə aparan Sidiqə Məmmədovanın həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var. Sidiqənin anası Nərminə Məmmədovanın sözlərinə görə, qızı Milli Onkologiya Mərkəzinin Uşaq klinikasında müalicədədir: 

 

“Hazırda qızımın xəstəliyi dördüncü mərhələdədir. Ocaqlar bazu sümüyünün divararalığında, hər iki ağciyərin, sağ böyrək, sağ böyrəküstü vəzin, körpücüküstü, parakaval l/düyünləri və sümüklərin zədələnməsində özünü göstərir. Övladım 9 kurs kimyaterapiya qəbul edib. Bu müalicənin nəticələrinə görə, yığılmalar var, metastaz da aktiv deyil. Aldığı kimyaterapiyadan sonra qızımın qan dəyərləri düşür. Hazırda onun bədənində leykositlər sıfıra düşüb, trombosit azlığı yaranıb. Bu da uşaq üçün çox kritik vəziyyətdir.

Məlumdur ki, qan hüceyrələrinin miqdarı bəlli normalar çərçivəsində olmazsa, kimyaterapiya da tətbiq edilmir. Bəzi vəziyyətlərdə yalnız qandakı dəyərlərin miqdarı istənilən səviyyəyə yüksəldilməlidir”. 

 

Nərminə Məmmədova limfoma diaqnozunda əməliyyatın məsləhət görülmədiyini qeyd edib: 

“Amma övladıma PTK müayinəsindən keçmək məsləhət görülüb. Bu müayinənin də qiyməti təxminən 1500 manatdır ki, buna da maddi vəziyyətimiz imkan vermir. Bu müayinə bədəndə olan törəmələrin aktivliyini və ya qeyri-aktivliyini müəyyən etməyə imkan verəcək. Bundan sonra yaranan həmin törəmələri cərrahi əməliyyatla kəsib götürmək olar ki, artıq kütlə kimi uşağın bədənində qalmasın. Amma limfalara dəymək olmaz.

Hazırda nə bu müayinədən keçməyə, nə də sonrakı mərhələdə əməliyyat etdirməyə maddi imkanımız var. Həkimlər Sidiqəni Moskvada da müayinə və müalicədən keçməsini məsləhət görüblər. Övladımı ora aparıb gətirmək üçün ən azı bizə 10-15 min manat vəsait lazımdır”. 

 

Anası illərdir Sidiqənin sağalması üçün əllərindən gələni etiklərini deyir:

 “Doğrusu, Sidiqə xəstələnəndən bəri evə getmirik. Yaşayış yerimiz çox pis vəziyyətdədir. Həkimlər Sidiqənin evə çıxmasını məsləhət görəndə nənə-babanın, dayının evində qalırıq. Sidiqə orta məktəbi əla qiymətlərlə başa vurub. O, olimpiyada yarışında respublika üzrə II yerə çıxıb. Arzusu beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi olmaqdı. O nikbindir, inanır ki, arzusuna çatacaq. Amma hələlik xəstəlik onu arzusunun arxasınca getməyə imkan vermir. Xəbəri oxuyan, görən hər kəsdən 17 yaşlı balamın sağalması üçün laqeyd qalmamağı, maddi dəstək göstərmələrini xahiş edirəm”. 

 

Sidiqə Məmmədovanın ailəsi övladlarının sağalması üçün ona maddi dəstək göstərmək istəyən hər kəsdən “Kapital” bankın hesab nömrəsinə vəsait köçürmələrini xahiş edir. 

 

Qeyd edək ki, Milliön aparatından hesaba pul köçürmək üçün kartın üzərindəki 16 rəqəmli (4169741392648240) kodu və kartın bitmə tarixini 10/20 daxil edərək prosesi həyata keçirə bilərsiniz.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR