Mövsümün son cıdır yarışı keçiriləcək

09:17 31-10-2019 | icon 439 | İdman
Mövsümün son cıdır yarışı keçiriləcək

Noyabrın 3-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə mövsümün son cıdır yarışı keçiriləcək.

 

Federasiyadan Versus.Az-a verilən məlumata görə, bu il mayın 4-dən start verilən mövsümün bağlanış tədbiri ümumilikdə 6 cıdır və 5 yorğa qaçışının keçirilməsi ilə baş tutacaq. 

 

Yarış günü cıdır üzrə 40-dan artıq, yorğa atların qaçışı üzrə isə 50-yə yaxın atın iştirakı gözlənilir.

 

Azərbaycan Respublikası Atçılıq Federasiyası ölkəmizdə atçılığın əhatə dairəsinin genişləndirilməsi və qədim atçılıq ənənəsinin davam etdirilməsi üçün davamlı olaraq bü növ yarışlar təşkil edir. Federasiya paytaxt və digər regionların atçılıq idmanına olan marağını nəzərə alaraq bu cür tədbirlərdə və yarışlarda atçılıqla məşğul olan şəxslərə xüsusi şərait yaradır.

 

Buna görə də ilk dəfə olaraq Federasiyanın təşəbbüsü ilə Azərbaycanın bütün regionlarından yorğa at sahibləri dəvət olunmuş və onlara öz yorğa atları ilə yarışlarda iştirak etmək üçün imkan yaradılmışdır.

 

Yarışlara marağın artırılması və idmançıların həvəsləndirilməsi məqsədilə cıdır yarışlarının mükafat fondu kimi qaliblərə ümumilikdə 24 500 manat mükafat verilməsi nəzərdə tutulun. 

 

Eyni zamanda yorğa yarışlarının qaliblərinə isə medallar və diplomlar veriləcək.

Yarış saat 11:00-dan etibarən keçiriləcək. Tamaşaçılar üçün giriş pulsuzdur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR