Bu partiya da razılaşdırılmamış aksiyaların əleyhinə çıxdı

12:09 01-11-2019 | icon 325 | Siyasət
Bu partiya da razılaşdırılmamış aksiyaların əleyhinə çıxdı

"Real" partiyasının sədri İlqar Məmmədov da "Milli Şura"ın razılaşdırılmamış aksiya qərarlarını pisləyib.

 

Versus.Az xəbər verir ki, İ.Məmmədov "Milli Şura"ın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın ləğv edilməsini doğru qərar adlandırıb və ümumiyyətlə belə aksiyaların əleyhinə çıxış edib.

 

Bu barədə öz "Facebook" səhifəsində yazan İ.Məmmədov seçkilərin ən doğru yol olduğunu qeyd edib.

 

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) "Milli Şura"nın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

 

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

 

Ötən gün isə "Milli Şura" noyabrın 2-nə təyin etdiyi aksiyanın ləğv edildiyini bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR