“Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi dərinləşir” - MÜSAHİBƏ

17:04 05-11-2019 | icon 435 | Siyasət
“Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi dərinləşir” - MÜSAHİBƏ

Elman Nəsirov: “Nə qədər ki, radikal müxalifət bütün uğursuzluqlarının kökündə iqtidarı görəcək, o hakimiyyəti görməyəcək”

 

Yeni Azərbaycan Partiayasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, millət vəkili Elman Nəsirovun “Üç nöqtə”yə müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdimedir:

 

- Elman müəllim, ölkədə aparılan kadr islahatları davam edir və gündəmin əsas mövzusu olaraq müzakirə olunmaqdadır. Necə hesab edirsiniz, Milli Məclisdə seçkidən kənar belə bir kadr islahatı hansı halda aparıla bilər və mövcud situasiyaya baxılsa buna ehtiyac varmı?

 

 - Cənab Prezident Nazirlər Kabinetinin son toplantısında birmənalı şəklildə vurğuladı ki, biz artıq inkişafın o səviyyəsinə gəlmişik ki, dünya dəyişir, dünyanın yeni siyasi, iqtisadi reallıqları yaranır. Artıq kadrların təfəkkürü dəyişməli, onlar yeni reallığa adekvat olmalıdırlar. Bizə bilikli, savadlı müasir dünyagörüşlü, eyni zamanda, vətənpərvər, vətəninə bağlı gənc kadrlar lazımdır. Bunu mən özüm də dəfələrlə çıxışlarımda qeyd eləmişəm ki, kadr çox bilikli, savadlı ola bilər. Amma o, vətənə bağlı olmasa, dönük olsa, həmin adam savadsızdan daha təhlükəlidir. Beləsi bizə lazım deyil. Bizə bilikli, savadlı, dünyagörüşlü, innovativ  yanaşmaların daşıyıcısı olan, vətənini  sevən, dövlətinə, dövlətçiliyinə bağlı kadrlar lazımdır, kosmapalit adamlar bizə lazım deyil. Bu kontekstdə cənab Prezident kadr islahatları həyata keçirir. Və cəmiyyətimiz də bunu müsbət qarşılayır. Vəzifələrə yenui simalar gəlir, gənclər önə çəkilir. Və önə çəkilmək üçün də əsas şərt sənin əldə etdiyin nəticələrdir. Məsələn, Prezident Mikayıl Cabbarovu iqtisadiyyat naziri qoydu. O, Vergilər naziri olarkən vergi daxil olmalarında xeyli irəliləyişlər var idi. Mikayıl Cabbarov vergidə uğurlu islahatlar həyata keçirib. Son 6 ay ərzində Gömrükdən və Vergidən daxil olmalar hesabına Azərbaycan büdcəsinə əlavə 700 milyon vəsait daxil olub. Bu da bu sahədəki islahatların hesabınadır.

O ki, qaldı Parlamentə, burda məsələ bir qədər fərqli yanaşma tələb edir. Çünki cənab Prezident dövlət qurumlarında o təyinatı həyata keçirir ki, onlar təyinatlı vəzifələrdir. Amma Parlament seçkili orqandır. Məsələn, seçiçinin düşüncəsinə görə, tuataq ki, yaşlı adam təcrübəlidir. Həmin seçiciyə demək olarmı ki, siz yaşlı adama səs verməyin, gəncə səs verin. Başqa  birisi isə hesab edir ki, gəncin enerjisi çoxdur, onun artıq yeni baxışı var, müasir texnologiyaları bilir, dilləri bilir və o, daha hazırlıqlıdır, o gəncə səs verir. Yəni seçkili orqanlarda hökm çıxarmaq bir qədər çətin məsələdir. Ancaq başqa bir həqiqət də söyləyim ki, hakim Yeni Azərbaycan Partiyası təbbi ki, öz namizədlərini özü müəyyən edir. 125 deputat yeri var və hakim partiya bütün yerlərə namizədlərini verir. Bu gün görünür ki, Azərbaycan Prezidentinin bütün təşəbbüslərini xalq dəstəkləyir. Bunu son referendum təsdiqləyir. Yerli xarici qurumların keçirdiyi sorğular da təqsdiqləyir ki, Azərbaycan Prezidenti hansısa təşəbbüslə çıxış edəndə xalq olnu dəstəkləyir. Cənab Prezidentin də təəşəbbüsü müasir dünyagörüşlü gənclərə vəzifələr vermək, gənclərə yol açmaqdır. Cənab Prezidenrt bunu söylədisə deməli, hakim partiyada da dəyişikliklər ola bilər. Yeni Azərbaycan Partiyasında gənclərə həmişə dəstək olub. Bu yeni deyil. Hakim partiyada bu gün 750 mindən çox üzvünün 40 faizindən çoxu gənclərdir. Niyə gənclər o partiyaya gəlib, çünki gələcəklərini orda görürlər. Belə olan halda təbii ki, hakim partiya seçkilərdə qalib gəlmək üçün cənab Prezidentin o yanaşmasını önə çəkəcək. O proseslərdən görünür ki, xalq özü gəncləri vəzifələrdə görmək istəyir. Bu baxımdan hakim partiyanın 2020-ci il parlament seçkilərində namizədlərinin sırasında gənclərin xüsusi çəkisinin artması istisna deyil. Amma mən yaşlıların üzərindən kortəbii xətt çəkib, gənclərə üstünlük veriləcəyini demədim. Məsələyə bu cür yanaşmaq olmaz. Bu seçkidir, seçicinin də öz yanaşması, öz baxışı var. Sadəcə tenedensiya var ki, bilikli, savadlı, vətənə, dövlətçiliyıə bağlı  çənab Prezidentin siyasətini təbliğ edən, təşviq eliyən, onu müdafiə eliyən bu sabitlik və təhlükəsizliyin qorunmasına  konkret töhfələr verə biləcək gənclərin irəli çəkilməsinə ehtiyc var. Amma “artıq yaşlılar getsin, gəncər gəlsin” - radikal qavaramağın özü də düzgün deyil, çünki seçən xalqdır.

 

- Elman müəllim, bu günlərdə deputat Xanhüseyn Kazımlı ilə bağlı sosial mediada bir videomaterial yayıldı. Deputatın büdcə müzakirəsi zamanı çıxışındakı rabitəsizlik önə çəkildi və  tənqidlər səsləndi. Hətta deputatın sağlığında problem yarandığı qeyd olundu. Əgər deputatın sağlığında belə problem yaranıbsa, Milli Məclisin onu geri çağırma hüququ nə dərəcədədir?

 

- Bunu dəqiqləşdirmək lazımır. Xanhüseyn müəllim, professor, elmlər doktoru, tanınmış iqtisadçıdır. Onun öz partiyası var. O YAP-ı təmsil etmir. Onun  çıxışı ilə bağlı belə məlumatlar sosial mediada yayılıb və tənqidi fikirlər səslənib. Göstərirlər ki, guya səhhətində problemlər var və səhhəti ilə bağlı çıxışında qeyri-adekvat yanaşmalar ortaya qoyub və sair. Əgər doğrudan da bu məsələ ciddiləşərsə, əgər doğrudan da məsələ təsdiqini taparsa, əgər bu bir şaiyə deyil və bu məsələnin xüsusi araşdırmaya ehtiyacı olarsa mənə elə gəlir ki, bu halda o məsələyə baxıla bilər. Burada deputatın mandatının əlindən alınmasının qanunvericilik prosseduru var. Yəni Azərbaycan hüquqi dövlətdir. Bu proseslər hüquqi çərçivədə olmalıdır. Yəni, bir şaiyə, kiminsə bir videosu  əsasında qərarlar qəbul edilmir. Bu, istər deputat olsun, istərə də qeyri deputat olsun, məsələyə məhz hüquqi prizamadan qiymət verilməlidir. Şəxsən mən özüm haqqında bəhs olunan deputatı tanınmış iqtisadçı, professor institut direktoru kimi tanımışam. Amma onun Komitədəki son çıxışı ilə bağlı belə şeylər səsləndirilir. Bu dəqiqləşdirilməli və qanunun icazə veriyi qaydada hadisəyə qiymət verilməlidir.

Deyilənlər reallığı əks elətdirməyə də bilər. Bu gün sosial şəbəkələrdə xoşagəlməz bir tendensiyanın şahidi oluruq. Bir də görürsən ki, bir məmurun səhvi üzündən “Azərbaycan məmurları filan şeyləri elədi”-deyə hamını eyni cür təqdim edirlər. “Məmurlar”- deməklə, sən niyə çoxminli məmurların üzərinə ləkə atırsan. Sən konkret ad çək və sübut elə ki, o məmurun bu və ya digər hərəkətində xoşagəlməz hal var.  Yaxud, bir problemə görə, “Azərbaycan parlamenti, Azərbaycan deputatları”- demək nə qədər qüsurlu yanaşmadır. Sən bir nəfərə olan şəxsi mövqeyin niyə bütün 125 nəfərin təmsil olunduğu parlamentə aid edirsən. Məsələn, siz xeyli müddətdir bu sahədə çalışırsız. Amma jurnalst də var ki, reket jurnalistikası ilə məşğuldir. Siz isə belə şeyləri qətiyyən yaxın qoymayan jurnalistsiz. Bu gün  o reket jurnalistikaya görə desələr ki, Azərbaycan jurnalistikası reketdir, sizin acığınıza gələr. Bu gün Azərbaycan mediası çox sürətlə inkişaf edir. Bu gün Azərbaycan mediası o qədər azad inkişaf edib ki, dövlət başçısından tutmuş, onun konandasında nə qədər şəxs var, açıq şəkildə tənqid edə bilir. Əgər bizdə mətbuat azadlığı olmasa, bunu edə bilməz.

 

- Amma Prezident 15 oktyabr müşavirəsindəki çıxışında belə fikirlər işlətmişdi ki, media həm də müəyyən vəzifəli şəxslərin  bir-birini şantaj etməsi, bir-birinə mübarizə aparması üçün bir vasitəyə, meydana çevrilib.

 

- Bəli, cənab prezident həqiqəti söylədi. Onda belə faktlar var. Bəli, bəzən mediadan bu məqsədlər üçün də istifadə edirlər.  Ancaq bir şey də var ki, Azərbaycan mediasa, həm də o qədər inkişaf edib ki, azad sözünü deyə bilir.

 

“Onların mitinq öncəsi, mitinq zamanı və mitinqdən sonra dediklərinə inanmayın”

 

- Elman Müəllim, Milli Şura-AXCP-nin noyabrın 2-nə nəzərdə tutduğu nöbvədi etiraz aksiyası təxirə salındı. Bu məsələlərin üzərinə müxalifətin 19 oktyabr mitinqi və opponentlərinizin mitinqlərdə polisin zorakılığına məruz qoyulmaları və polislərin azərbaycanlı olmamağı ilə bağlı fikirlərə münasibətinizi bilmək istərdim.

 

- Bismarkın məhşur bir ifadəsi var. Deyir ki, insanlar aşağıdakı hallarda insanların danışığına inanmırlar:

Birincisi, müharibə ərəfəsində və müharibənin gedişatında nə danışırlarsa, çoxu yalandır. Çünki təhrif edilmiş məlumatlar yayırlar ki, ictimai rəyi çaşdırsınlar.

İkincisi, ovçu ova gedib qayıdarkən, danışdıqlarının çoxuna inanmayın.

Üçüncüsü isə seçki öncəsi və seçki prosesində çox deyilənlərə inanmayın.

Mən Bismarkın sözlərini misal gətirib, bungünkü reallıqlar baxımından bir əlavə də eləmək istəyirəm ki, radikal müxalifətin mitinq öncəsi, mitinq zamanı və mitinqdən sonra dediklərinə inanmayın. Bilirsiz niyə inanmayın? Davos İqtisadi Forumun son hesabatında göstərilir ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə səviyyəsinə görə Azərbaycan 15-18-ci yerdədir. Ancaq qeyd edir ki, xalqın polisinə olan inam, etimad və etibar səviyyəsinə görə 30-cu yerdədir. Radikal müxalifət Azərbaycan poslisini qaralamaq istəyir, ancaq dünyada polisin davranışı araşdırılandan sonra Azərbaycan 30-cu sırada yer alır. O ki qaldı mitinqdə polisin zorakılığına, bununla bağlı hökumət təmsilçiləri müvafiq qurum rəhbərlərinə məlumat verdilər ki, bu araşdırılsı. Belə məslələr təsdiqini taparsa, həmin polis cəzalandırılacaq. Bununla bağlı rəsmi mövqe var. Bismarkı ona görə misal çəkdim ki, hər şeyə inanmayın. Dezinformasiya baş alıb gedir. Bu polis də Azərbaycan vətəndaşdır, mitinqə çıxanlar da. Mitinqə çıxana deyirlər ki, ay mitinqə çıxan, bu qanuna əməl elə. 1998-ci il noyabrın 3-də sərbəst toplaşmaq haqqında qanun qəbul olunub. O qanunun 3-cü fəslinin 9-cu bəndində aydın şəkildə yazılıb ki, Hava Limanı, Dəmir yolu və Metropolitenin 200 metr məsafəsində olan təhlükəsizlik zolağında mitinq keçirmək olmaz, qadağamdır. Orda YAP da mitinq keçirə bilməz. Sən qanunun aliliyindən danışırsan, amma qanunu pozursan. Sizə deyilir ki, gedin Lökbatanda keçirin.

 

- İddia olunur ki, uzaqdır, gedə bilmirlər.

 

- Radikal müxalifətin nümayəndələrindən biri Gültəkin Haçıbəyli, vaxtilə yeri gəlmişkən, iqtidar təmsilçisi idi, onun iqtidarda olduğu vaxtla, müxalifətdə olub səsləndirdiyi fikirləri üz-üzə qoyanda, adam deyir ki, insan bu qədərmi dəyişər, bu qədərmi insanda sifət olar. Onun AŞPA-dakı çıxışı ilə, Parlamentdəki iqtidaryönümlü çıxışları ilə bugünkü çıxışlarını müayisə edin. Bəs o zaman dediyin nədir, bugünkü dediyin nədir. O söyləyir ki, məndə olan məlumata görə 19 oktyabrda 35 minə yaxın insan küçə yürüşlərində iştirak edib. Sual verirəm, əvvəla orda 250-300 nəfər ola bilərdi, onun da çoxu jurnalist idi.  Hətta deyək ki, nəzəri baxımdan sən deyəndir. Sual yaranır ki, məhsul stadionundan Lökbatandakı meydana qədər olan məsafə 6-7, 10 km-dir. Orda iki dənə nəhəng ticarət mərkəzi var. Hər gün minlərlə maşın insan ora ticarətə gedir. 35 min insan bu qədər sizin mövqeyinizi müdafiə edib, bu qədər sizin adamlarınızdırsa, hakimiyyətin əleyhinədirsə, bunların heç olmasa 20 mininin ora getməsi bu qədərmi çətindir. Onda sual yaranır ki, onalr tənbəldir, ərinirlər getməyə, yox.  Onlar sadəcə yoxdur. Siz bilsəniz ki, sizə Lökbatanda, digər yerlərdə 100 minlər qoşulacaq, istənilən yeri istəyərsiniz. Sizin məqsədiniz odur ki, elə yer seçəsiniz ki, orda çox adam olsun və yoldan keçənlər də sizə qoşulsun.

2 noyabr mitinqini həyata keçirmək istəyənlərin, qeyri-qanuni mitinqlər təşkil etmək istəyənlərin niyyəti Azərbaycanda xaos yaratmaqdır. Azərbaycanda hakimiyyət böhranı yaratmaqdır.

 

- Belə bir ərəfədə iqtidar-müxalifət dialoquna ehtiyac varmı?

 

- Azərbaycan iqtidarı həmişə belə bir dialoqa ehtiyac duyub. İqtidar istənilən problemin, məsələnin danışıqlar yolu ilə həllində maraqlıdır. Bizim milli dövlətçilik maraqlarımız bunu tələb edir. Dəfələrlə müxalifətlə belə görüşlər olub. Müzakirələr olub. Eyni zamanda son müzakirələr olub. Problem bilirsiz nədədir. Problem ondadır ki, Əli Kərimlinin rəhbərlik etmək istədiyi Milli Şura-Xalq Cəbhəsi – radikal müxalifətlə iqtidar danışığa gedəndə o mövqelər 180 dərəcədə haçalanır. Azərbaycan iqtidarı addımlar atır. Cənab Prezident çox ciddi sosial islahatlar həyata keçirir. İki islahatlar paketi reallaşdırıb. Eyni zamanda iqtisadi islahatlar dərinləşdirilir. Artlq kadr islahatları yenimərhələyə daxil olub. Siyasi islahatların yeni dalğası gələcək. Belə olan vəziyyətdə müxalifətlə müzakirə aparmağı gərəkli hesab edir. Qarşı tərəf, radikal müxalifət deyir ki, heç bir addımınızın islahata heç bir dəxli yoxdur. İslahat odur ki, siz hakimiyyətdən gedin. Siz dünyanın elə bir yerində görmüsünüzmü ki, müxalifət hakimiyyətə desin ki, siz hakimiyyəti bizə verin gedin. Hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir. Ay radikal müxalifət, siz bu sualın ətarafında baş sındırın ki, seçkiyə gedəndə bu xalq niyə bizi müdafiə eləmir. Seçkiyə getmək istəmirlər. Bunun da səbəbləri var.   Seçkiyə ona görə getmirlər ki, acı məğlubiyyəti yaşamasınlar.  Bununla öz simalarını qoruyub saxalamaq istəyirlər. Əslində isə faktiki addımları ilə simasızlığa gedirlər. Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi dərinləşir. Bunun əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu gün də həmin siyasəti Prezident İlham Əliyev müvəffəqiyyətlə həyata keçirir.

Nə qədər ki, radikal müxalifət bütün uğursuzluqlarının kökündə iqtidarı görəcək, o hakimiyyəti görməyəcək. Bu sualın cavabını tapsa, müxalifət hakimiyyətlə bağlı iddialarını yerinə yetirmək üçün müəyyən mənada nəticələr çıxara bilər.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı