YAP seçkiyə qatılmayan partiyalara çağırış etdi

08:49 06-11-2019 | icon 50 | Siyasət
YAP seçkiyə qatılmayan partiyalara çağırış etdi

Əli Əhmədov: “Seçkilər hər bir partiyadan ötrü sınaq anıdır, bu elə bir fürsətdir ki...”

 

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyası bələdiyyə seçkilərində iştirak etmək üçün MSK-ya müraciət ediblər.

 

Siyahıdan göründüyü kimi, seçkidə iştirak etmək üçün müraciət edən partiyaların 9-u parlamentdə təmsil olunanlardır. Parlamentdə təmsil olunmayan partiyalardan hələlik yalnız Ümid Partiyası seçkidə iştirak etmək üçün MSK-ya müraciət edib. Dövlət qeydiyyatında olmayan REAL Partiyası da seçkidə iştirak edəcək.

 

 

Araşdırmamız zamanı məlum oldu ki, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının əksəriyyəti bələdiyyə seçkilərində partiya olaraq iştirak etmək niyyətində deyillər. Müsavat, AMİP, ALDP, AXP, ADP, AĞ Partiya seçkidə partiya şəklində iştirak etməmək barədə qərar qəbul edib. Digər müxalifət partiyalarının da analoji qərarlar verəcəyi gözlənilir. Seçkidə partiya olaraq iştirak etməmək qərarını partiyalar belə əsaslandırırlar ki, Seçki Məcəlləsinin 54-cü maddəsinin tələblərinə müvafiq olaraq siyasi partiyaların seçkilərdə iştirakı üçün tələb olunan prosedur mürəkkəbdir, eləcə də məcəllənin 54.5.1 və 54.5.2-ci maddələri siyasi partiyalara əlavə maliyyə yükü yaradır.

 

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov isə “Bələdiyyə seçkiləri-partiyamızın yeni uğur şansı” başlıqlı məqaləsində bildirib ki, YAP bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, öz namizədlərini müəyyənləşdirib. Müəyyən edilən namizədlər arasında gənclərə və qadınların nümayəndələrinə xüsusi diqqətlə yanaşılır. Ə.Əhmədov qeyd edib ki, seçkilər hər bir partiyadan ötrü sınaq anıdır:

“Bələdiyyə seçkiləri bu mənada istisna deyil. Bu, elə bir fürsətdir ki, partiyanın öz mütəşəkkilliyinə, resurslarını səfərbər etmək imkanlarına, əhalinin partiyanın proqramına və bütünlüklə fəaliyyətinə verdiyi qiymətə baxış keçirilməsi mümkün olur. Digər bir tərəfdən, bələdiyyələr partiya üzvləri üçün yaxşı təcrübə məktəbidir. Xüsusilə partiyanın gənc üzvləri bələdiyyə seçkilərində iştirak etməklə zəruri seçki kampaniyasını aparmaq təcrübəsi toplayır, digər tərəfdən isə bələdiyyələrə seçilənlər bələdiyyələrin həyatında yaxından iştirak etməklə ictimai nüfuz və idarəçilik təcrübəsi qazanmış olurlar. Yeni Azərbaycan Partiyasının nümunəsindən deyə bilərəm ki, vaxtilə bələdiyyə üzvü seçilib xidmət göstərərək özünü tanıda bilmiş bir sıra partiya nümayəndələri sonralar Milli Məclisə üzv seçilmiş, yaxud dövlət idarəçiliyi sahəsində məsul vəzifələrə irəli çəkilmişlər. Seçkilər, o cümlədən yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın həyatı və fəaliyyətinin əsas hadisəsidir. Əslində partiya yalnız seçkilər vasitəsilə ölkənin ictimai və siyasi həyatında iştirak etmək istəyini reallaşdıra bilər və reallaşdırır. Seçkilər eyni zamanda bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməyin ən yaxşı və sınanmış formasıdır. Belə olduğu halda bəzi partiyaların bələdiyyə seçkilərinə biganəliyini, kampaniyada iştirak etmək istəməməsini başa düşmək mümkün deyil”.

 

Ə.Əhmədov vurğulayıb ki, seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir, nəticə etibarilə o, marginallaşır və cəmiyyətin siyasi sistemində normal fəaliyyət göstərmək imkanlarından məhrum olur:

 “Seçkilərdə iştirak etməkdən məqsədyönlü şəkildə imtina edən partiya və ya partiyalar istər-istəməz radikallaşır, hüquq müstəvisindən kənara çıxır və cəmiyyət üçün təhlükəli elementə çevrilir. Onu da unutmaq olmaz ki, seçkilərdə iştirak etməkdən imtina edən partiya əslində sosial bazasının yetərincə olmamasını nümayiş etdirir ki, bu da onun siyasi sistemdə rolu və yerinin spesifik göstəricisi sayılmalıdır”.

 

Qeyd edək ki, bələdiyyə seçkilərində respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Noyabrın 3-dən Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılıb. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.

 

Sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir. Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində dairə seçki komissiyaları imza vərəqələri və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edir. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Qadının ən gizli orqanının sirri açıldı

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Yatanda ayaqların arasına yastıq qoyun

Onu ömürlük həbs cəzası gözləyə bilər

"2020-ci il seçkiləri oğurlanır"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Zərdaba yeni icra başçısı təyin edildi

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”