"Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır"

12:41 13-11-2019 | icon 260 | Siyasət
"Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır"

Azərbaycanın daxili siyasətində uğurla həyata keçirilən multikulturalizm ideyası onun xarici siyasətinə də müsbət təsir göstərir, daha konkret desək, onun səmərəliliyini artırır.

 

Versus.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan dövləti xalqımıza xas olan tolerant dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirir:

“Təsadüfi deyil ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünyada multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıran ölkələrin sayı azdır. Hətta həmin ölkələr arasında belə bu siyasəti uğurla həyata keçirənlərin sayı daha azdır”.

 

E.Nəcəfov əlavə edib ki, Azərbaycan multikulturalizm siyasətini müvəffəqiyyətlə aparan ölkələrdəndir:

"Respublikamızda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik və dini zəmində heç bir qarşıdurmanın olmamasını qeyd etmək olar".

 

PA rəsmisi qeyd edib ki, məhz bu xüsusiyyətlərinə görə müasir dövrdə Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur.

 

Onun sözlərinə görə, hazırda ölkəmizdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək, onu ölkənin daxili və xarici siyasətinin tərkib hissəsinə, mühüm istiqamətinə çevirib:

“Multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olaraq, ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunmasına, nəticədə cəmiyyət daxilində inteqrasiya proseslərinin güclənməsinə səbəb olur. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün münbit zəmin yaradır. Yaxud əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətdə aqressivlik göstərməsinə, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına gətirib çıxarır. Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynadığını nəzərə alsaq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkəmizin xarici siyasətinə müsbət təsir göstərdiyini və bunun nəticəsində dövlətimizin beynəlxalq aləmdə böyük uğurlara imza atdığını görərik. Əgər ölkə daxilində multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliyin, onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, dövlətlərarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqinə öz töhfəsini verir”. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı