"Muğam dünyasına səyahət” layihəsinin növbəti konserti Nardaranda

09:24 14-11-2019 | icon 361 | Mədəniyyət
"Muğam dünyasına səyahət” layihəsinin növbəti konserti Nardaranda

Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi birgə həyata keçirdiyi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran Qəsəbə Mədəniyyət Mərkəzində reallaşan konsertdə tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbriz Yusifovun müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva, Elgiz Əliyev Nardaran sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. xanəndələr “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər ifa ediblər.

 

Bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək.
Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

 

Qeyd edək ki, layihə çərçivəsində bu günə kimi Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində, A.R. Qobustanlı adına Mədəniyyət evi, Binəqədi Mərkəzi Mədəniyyət Evi, Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında baş tutan konsertlərdə xanəndələr yüzlərlə tamaşaçının görüşünə gəlib. Bu konsertlərdə muğamlarımız, xalq mahnılarmız böyük sevgi və rəğbətlə qarşılanıb. Konsertlərdə mütəmadi olaraq Beynəlxalq Muğam Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəhbərliyi iştirak edərək qəsəbələrdə konsertlərin təşkili həmçinin klub işinin səmərələliyini artırılmasına öz dəstəklərini əsirgəməyiblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR