Azərbaycan dilinin tədrisi genişləndirilir

17:03 17-04-2018 | icon 801 | Gündəm
Azərbaycan dilinin tədrisi genişləndirilir

Misirn əl-Əzhər Universitetinin “Humanitar fənnlər” fakültəsinin ardınca “Dillər və tərcümə” fakültəsində də Azərbaycan dilinin tədrisinə başlanılacaq.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Versus.az-a verilən məlumata görə, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Dillər və tərcümə” fakültəsinin dekan müavini, professor Məhəmməd Gazi və “Türk dili” şöbəsinin müdiri, professor Hazim Səidlə keçirdiyi görüşlərdə bu barədə müzakirələr aparılıb.

 

Misirdə Azərbaycan dilinin tədrisinin qarşılıqlı əlaqələrin inkişafındakı əhəmiyyətindən bəhs edən S.Nəsirov bildirib ki, hazırda Misirin ən mötəbər universitetlərində və təşkilatın Qahirədəki ofisində 600 nəfərdən çox tələbə Azərbaycan dilini öyrənir. Qeyd olunub ki, “Dillər və tərcümə” fakültəsi əl-Əzhər Universitetin önəmli fakültələrdən biri olduğu üçün orada Azərbaycan dilinin tədrisi hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Professor Məhəmməd Gazi isə öz növbəsində diaspor sədrinin təşəbbüsünü dəstəkləyərək, 2018-2019-cu tədris ilində "Dillər və tərcümə" fakültəsinin “Türk dili” şöbəsində Azərbaycan dilinin tədrisinə başlanılacağını qeyd edib.

Görşdə həmçinin, əl-Əzhər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı simpoziumun təşkili və digər məsələlər müzakirə edilib. Söhbət əsnasında Azərbaycanın dövlətçilik ənənələri və müasir Azərbaycan, onun inkişafı haqqında məlumat verən S.Nəsirov eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri də diqqətə çatdırıb.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı